Xəbər lenti
Azərbaycan İlahiyyat İnstitutunun tələbələri arasında Fiqh yarışması keçirilib
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri arasında Fiqh yarışması keçirilib. Müsabiqə "ZOOM" platforması üzərindən təşkil olunub.
Manevr.az xəbər verir ki, yarışmanın münsiflər heyətində İnstitutun İslamşünaslıq kafedrasını müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov, müəllimlərdən – fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyev, fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səmədov təmsil olunublar.
Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, dərin dini və dünyəvi biliklərə, yüksək intellektə malik kadrların yetişdirilməsi İnstitutun qarşıya qoyduğu vəzifələrdəndir.
A.Şirinov vurğulayıb ki, belə yarışmalar gənclərin ümumi biliyini və dünyagörüşünü artırır, onlara öz biliklərini sərbəst ifadə etmək təcrübəsi qazanmağa imkan verir.
Rektor daha sonra qeyd edib ki, fiqh, hədis, əqaid elmləri üzrə tələbələr arasında mütəmadi olaraq müsabiqələr təşkil ediləcək.
Fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov söz alaraq, gənclərə müsabiqənin şərtləri haqqında ətraflı məlumat verib, yarışmanın ilk dəfə keçirildiyini, lakin mütəmadi davam edəcəyini vurğulayıb.
Tələbələr tərəfindən maraqla qarşılanan yarışmada qaliblər münsiflər heyətinin qiymətləndirməsi əsasında müəyyən olunub. Beləliklə, Fiqh yarışmasında birinci yerə Peyman Xəlilov, ikinci yerə Bəhruz Orucov, üçüncü yerə isə Aytac Əhmədzadə layiq görülüblər.
Müsabiqənin sonunda qaliblər mükafatlandırılıb, iştirakçılara diplom və təşəkkürnamələr təqdim edilib.
Məlumat üçün bildiririk ki, ali təhsil müəssisəsində tələbələrin dünyagörüşünün formalaşdırılması, intellektual səviyyələrinin, elmi biliklərinin artırılması, gələcəkdə mütəxəssis kimi yetişmələri üçün müxtəlif yarışmalar, müsabiqələr keçirilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar