Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Təhsil nazirindən müəllimlərin işə qəbul imtahanları haqqında AÇIQLAMA

Tarix: 10-06-2021 21:12     Baxış: 4436 A- / A+
Təhsil nazirindən müəllimlərin işə qəbul imtahanları haqqında AÇIQLAMA


“Müəllimlərin sertifikasiyasını bu il pilot olaraq keçirməkdə israrlıyıq. Bu, təhsildə keyfiyyətin artırılmasına xidmət edir”.

Manevr.az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib.

O deyib ki, adətən müəllimlər 20 yaşlarından başlayaraq dərs deməyə başlayırlar və bir çox hallarda 40 il dərs deyirlər. Bir ibtidai sinif müəllimi orta hesabla 10 sinifə dərs deyir, bu isə təxminən 250 şagird deməkdir, digər fənn müəllimləri isə yüzlərlə şagirdə dərs deyir: “Əgər pandemiya imkan versə, sertifikasiyanı keçirmək istəyirik. Yeganə ləngimə səbəbi pandemiya ola bilər. Ümidliyik ki, pilot olaraq sertifikasiyanı payıza doğru keçirə bilərik. Ola bilər ki, bu, kiçik qrup olsun. Pedaqoji heyət üçün müxtəlif sınaqların, sessiyaların keçirilməsinə də çalışacağıq. Sertifikasiyanın məqsədi kimisə işdən çıxarmaq yox, onları daim inkişafda saxlamaqdır. Birinci il keçməyən müəllimlər, il ərzində ikinci dəfə sertifikatlaşdırmadan keçə bilər. Proses humanist əsaslarla hazırlanıb. Sertifikasiyada yaş həddi də nəzərə alınacaq. İşə yeni qəbul olan müəllimlər 5 il sertifikasiya olmayacaqlar, yuxarı yaş həddində olan müəllimlər də yəqin ki, ilk mərhələdə sertifikatlaşdırmadan keçməyəcəklər”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar