Xəbər lenti
İlahiyyat İnstitutunda Özbəkistan Beynəlxalq İslam Akademiyasının silsilə mühazirələri başlayıb
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) müəllim, tələbə və əməkdaşlar üçün Özbəkistan Beynəlxalq İslam Akademiyası tərəfindən təşkil olunmuş silsilə mühazirələr başlayıb.
Azərbaycan İlahiyyat İnstitutundan Manevr.az-a verilən xəbərə görə, mühazirələr “ZOOM” proqramı vasitəsilə onlayn formatda keçiriləcək.
Özbəkistan Beynəlxalq İslam Akademiyasının Elmi işlər və innovasiyalar üzrə prorektoru, filologiya elmləri doktoru, professor Zahidcan İslamov açılış nitqi ilə çıxış edərək, Özbəkistan ilə Azərbaycan arasında tarixi kökləri olan dostluq münasibətlərindən həhs edib. İki dövlət arasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində mövcud olan əlaqələrdən danışıb.
Daha sonra Z.İslamov Aİİ ilə Özbəkistan Beynəlxalq İslam Akademiyası arasında birgə elmi-pedaqoji və tədqiqat işlərinin aparılması sahəsində imzalanmış Anlaşma Memorandumunun icrası ilə bağlı İlahiyyat İnstitutunun müəllim-tələbə heyətinə, əməkdaşlarına mühazirələrin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Özbəkistanın İmam Matrudi Beynəlxalq Elm Tədqiqat Mərkəzinin direktoru, tarix elmləri doktoru Davronbek Maxsudov söz alaraq, “Mavəraünnəhrdə təfsir elmi” mövzusunda mühazirə ilə çıxış edib.
D.Maxsudov məruzəsində təfsir elminin ilahiyyatın əsas bölmələrindən biri olduğunu vurğulayaraq, Quranı oxuyub anlamaq üçün bu sahəyə yiyələnməyin vacibliyini söyləyib. Daha sonra təfsir elminin yaranması, inkişafı və bu sahənin alimləri haqqında ətraflı məlumat verib. Təfsir elminin Mavəraünnəhrdə inkişafı və bugünə qədər olan tarixi haqqında bilgi verərək, Orta Asiya dövlətlərində İslam mədəniyyəti və tarixinə bəxş etdiyi töhfələrdən söz açıb.
Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu və Özbəkistan Beynəlxalq İslam Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, hər iki ali təhsil müəssisəsinin fakültə və kafedraları arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin aparılması, birgə layihələrin reallaşdırılması, professor-müəllim heyəti və doktorantlar üçün qarşılıqlı akademik səfərlərin həyata keçirilməsi nəzərdə tutulur.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar