Xəbər lenti
Azərbaycan İlahiyyat İnstitutunun rektoru və müəllimləri beynəlxalq simpoziumda iştirak ediblər -ŞƏKİL
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru və müəllimləri “Orta Asiyadan Anadoluya İslam elmləri: şəhərlər, alimlər, əsərlər, məsələlər” mövzusunda beynəlxalq simpoziumda iştirak ediblər.
Türkiyə Cümhuriyyəti Karabük Universitetinin təşkilatçılığı ilə baş tutan beynəlxalq simpozium onlayn formatda keçirilib.
Qırğızıstan, Qazaxıstan və Özbəkistanın, o cümlədən digər ölkə universitet və tədqiqat təşkilatlarının alimlərinin iştirak etdikləri beynəlxalq tədbirdə İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov “İslam mədəniyyətinin inkişafında ortaasiyalı alimlərin rolu” mövzusunda çıxış edib.
A.Şirinov Orta Asiya alimləri haqqında ətraflı məlumat verərək, sözügedən mütəfəkkirlərin İslam mədəniyyətindəki xidmətlərindən ətraflı söz açıb.
Beynəlxalq simpoziumda Aİİ İlahiyyat fakültəsinin dekanı, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Elnurə Əzizova “XVIII əsrdə Türküstanda dastanlaşmış bir məqtəl nümunəsi: Sayqalinin “Rövzətüş-şühəda”sında ilk dövr İslam tarixinə baxış” mövzusunda məruzə ilə çıxış edib. E.Əzizova məruzəsində türkdilli məqtəllərin təşəkkülünə təsir edən mənbələrin təsnifatını aparıb, bu növün daha çox filoloji cəhətdən tədqiq olunmuş bir nümunəsi kimi, Sabir Sayqalinin “Rövzətü-şühəda” əsərini tarixi perspektivdən tədqiq edib.
Aİİ İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov sözügedən simpoziumda “Zəməxşəri və Xarəzm” panelinin moderatorluğunu edib, həmçinin “XIX əsr Qafqazda islahatçılar və onların sosial həyata təsirləri” mövzusunda mühazirə ilə çıxış edib. Əhməd Niyazov XIX əsr Azərbaycanda islahatçılıq hərəkatının qabaqcılları və onların maarifçilik fəaliyyəti barədə ətraflı məlumat verib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar