Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

BMU-nun rektoru imtahan sessiyasını izləyib

Tarix: 04-06-2021 22:56     Baxış: 2474 A- / A+
BMU-nun rektoru imtahan sessiyasını izləyib

Bakı Mühəndislik Universitetində (BMU) növbəti imtahan sessiyası davam edir. Rektor, professor Havar Məmmədov onlayn formada təşkil olunan imtahanların gedişini izləyib.

Professor Havar Məmmədov mövcud koronavirus pandemiyasının yaratdığı vəziyyətə uyğun olaraq BMU-da tədrisin məsafədən təşkil edildiyini xatırladıb. Rektor pandemiyanın qarşısının alınması istiqamətində Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlu nəticələrini vurğulayıb.

Rektor yaz imtahan sessiyanın şəffaf və mövcud qaydalara uyğun keçirilməsi məqsədilə bütün texniki tədbirlərin yüksək səviyyədə həyata keçirildiyini nəzərə çatdırıb. Bildirib ki, imtahan sessiyasına hazırlıqlar çərçivəsində universitetin Distant Təhsil və Keyfiyyətin Təminatı (DTKT) Mərkəzi tərəfindən də bir sıra müvafiq işlər həyata keçirilib. Keçiriləcək semestr imtahanlarının hər birini nəzarət üçün əlçatan edən elektron nəzarət mexanizmi daha da təkmilləşdirilərək başa çatdırılıb. Bundan başqa, “virtual nəzarətçi” mexanizmi hazırlanıb istifadəyə verilib.
BMU-nun rektoru imtahan sessiyasını izləyib

Rektor Havar Məmmədov imtahanlara nəzarətin olmasına baxmayaraq tələbələrin özlərini sərbəst hiss etdiyini müsbət dəyərləndirib. Tələbələrin biliyinin obyektiv və qərəzsiz qiymətləndiriləcəyinə əminliyini ifadə edən rektor imtahanda iştirak edən bütün tələbələrə uğurlar arzulayıb.

Əlavə olaraq önləyici tədbirlər kimi imtahanlarda üzləşiləcək problemlərin qarşısını almaq məqsədilə müəllim və tələbələr üçün bir sıra video təlimatlar hazırlanaraq DTKT Mərkəzinin Youtube kanalına (https://www.youtube.com/channel/UCFzpzhSZWHmzkc5JlD3auxA) yerləşdirilib.

Qeyd edək ki, sessiya dövründə universitetin DTKT Mərkəzi tərəfindən imtahanlara mütəmadi onlayn nəzarət həyata keçirilir. Həmçinin mərkəz müəllim və tələbə heyətinə lazımı texniki dəstəyini də davam etdirir.

İctimaiyyətlə əlaqələr şöbəsi
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar