Xəbər lenti
Azərbaycanın bu universitetindən TƏLƏBƏLƏRƏ GÜZƏŞT

Bakı Slavyan Universitetində (BSU) xüsusi karantin rejiminin tətbiqi və bölgələrdən distant təhsilə qoşulma imkanları nəzərə alınaraq tələbələr üçün bir sıra güzəştlərin edilməsi qərara alınıb.
BSU-nun mətbuat xidmətinin rəhbəri Mənsur İbrahimli bildirib ki, dərslərdə iştiraka görə davamiyyət limiti 25 faizdən 50 faizədək artırılıb:
“Eləcə də yaz imtahan sessiyası müddətində fərdi və alt qruplarda, fənni təkrar dinləmədən akademik borclarını ləğv etmiş və Dövlət attestasiyası öncəsi 3 akademik borcu qalmış buraxılış ili tələbələrinə bu borcların (ÜOMG əsasında) bağışlanılması,
- Buraxılış ili tələbələrinin pedaqoji və istehsalat təcrübəsi üzrə attestasiyadan azad olunması,
- Təcrübənin nəticələri üzrə qiymətləndirmənin ÜOMG əsasında aparılması. ÜOMG göstəriciləri aşağı olan tələbələrin təcrübə üzrə ballarının cəminin 51 bal hesab edilməsi,
- Buraxılış ili tələbələrinin Tibbi biliklər üzrə buraxılış imtahanından azad olunması (ÜOMG əsasında),
- İxtisas fənlərinin məzmun və xüsusiyyətlərindən asılı olaraq, “Jurnalistika”, “Tərcümə” və “İbtidai sinif müəllimliyi” ixtisas-larında şifahi imtahanlarla yanaşı, yazılı imtahanlar təşkil olunması da qərara alınıb”.lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar