Xəbər lenti
Azərbaycan İlahiyyat İnstitutu konfrans keçirib
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), Bakı Yunus Əmrə İnstitutu, Kırıkkale Universiteti, Professor Fuat Sezgin İslam Elm Tarixi Araşdırmaları Fondunun birgə təşkilatçılığı ilə “Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına töhfələri” mövzusunda keçirilmiş konfransın materialları dərc edilib.
Manevr.az xəbər verir ki, topluda hər iki ölkəni təmsil edən konfrans iştirakçılarının 14 məqaləsi və çıxışları yer alıb.
Kitabda Azərbaycan İlahiyyat İnstitutunun rektoru, i.f.d. Aqil Şirinovun, Kırıkkale Universitetinin rektoru, prof. dr. Erslan Aslanın, Professor Fuat Sezgin İslam Elm Tarixi Araşdırmaları Fondunun sədri Mecit Çetinkayanın, həmçinin Aİİ-nin əməkdaşları – Dinşünaslıq kafedrasının müdiri, f.f.d., dos. Anar Qafarovun, f.f.d., dos. Ələddin Məlikovun, dekan müavini, f.f.d. Kövsər Tağıyevin və digər elm adamlarının məqalələri, çıxışları dərc olunub.
Qeyd edək ki, hər iki ölkədən konfransa qatılan məruzəçilər müsəlman alimlərinin elm və texnologiyaya verdikləri töhfələri araşdırmış, bu istiqamətdə fəaliyyət göstərən alim və mütəxəssislərin tədqiqat işləri ilə bağlı çıxışlar etmişlər.
Məlumat üçün bildiririk ki, topluda yalnız elmi məqalələr deyil, həmçinin konfrans zamanı baş tutmuş çıxışlar da yer alıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar