Xəbər lenti
"Şagirdlər maska taxmasın!" - Ekspertdən TƏKLİF
"Azərbaycanda 2021-ci ilin aprel ayının 5-dən tədris prosesinin dayandırılması şagirdlərdə çox ciddi psixoloji problemlər yaratmışdı. Nəzərə alsaq ki, onlar uzun müddət tədrisdən kənarda idilər, yenidən fasilənin verilməsi onların hazırlıq səviyyəsinə ciddi şəkildə təsir göstərdi. Xüsusən bu, ibtidai sinif şagirdlərinə mənfi təsir etdi. Dünən apardığımız monitorinqlərə əsasən, 17 maydan etibarən tədrisin bərpası şagirdlərin yüksək əhval-ruhiyyədə olmasına gətirib çıxarıb”.
Manevr.az bildirir ki, bunu sfera.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, xüsusilə Xətai, Nərimanov, Yasamal ərazisində aparılan monitorinqlərin ilkin nəticələri davamiyyətin aprel ayına nisbətən dəfələlərlə çox olduğunu göstərib:
"Hətta təkcə davamiyyətin çoxluğu yox, eyni zamanda məktəbə gələn şagirdlərin, valideynlərin əhval-ruhiyyəsinin də yüksək olduğunu müşahidə etdik. İbtidai siniflərdə təhsil alanlar xüsusilə məktəbə böyük həvəslə gəlirlər. Hava şəraitinin müsbət olması, onlara qapalı məkandan çıxıb hərəkət etməyə imkan verdi. Eyni zamanda onlar sinif yoldaşları ilə ünsiyyət üçün darıxmışdılar”.
Ekspertin sözlərinə görə, bəzi şagirdlərin qoruyucu maskalardan istifadə zamanı müəyyən çətinliklər çəkdiyi də müşahidə edilib:
"Düşünürəm ki, hava şəraitini nəzərə alaraq, azyaşlı uşaqların qoruyucu maskadan istifadəsinə tamamilə sərbəstlik vermək lazımdır. Dünəndən bərpa olunan tədris prosesi isə, qeyd etdiyim kimi, şagirdlər və valideynlər tərəfindən olduqca müsbət qarşılanıb. Hesab edirəm ki, bundan sonra artıq bizim təhsilimiz bir daha hər hansı qapanmaya getməyəcək”.
Qeyd edək ki, Mayın 17-dən Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində əyani tədris forması qismən bərpa edilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar