Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

X-XI siniflərdə dərslər distant formada davam etdiriləcək - RƏSMİ

Tarix: 08-05-2021 18:06     Baxış: 3305 A- / A+
X-XI siniflərdə dərslər distant formada davam etdiriləcək - RƏSMİ


"Bəziləri üçün ənənəvi tədrisə qayıdış düzgün qərar kimi qəbul edilsə də, bir çoxlarına da vaxtında verilməmiş qərar kimi görünür. Mayın 17-dən əyani tədrisin qismən bərpa olunması qərarı müzakirələr və aparılan təhlillərdən sonra verilib”.

Manevr.az
xəbər verir ki, bu barədə Təhsil naziri Emin Əmrullayev "Facebook” səhifəsi üzərindən pandemiya dövründə tədrisin təşkili, müəllimlərin işə qəbulu və yerdəyişməsi, 1-ci sinfə qəbul və təhsil haqqı ödənişlərində sosial paketlərlə bağlı suallara cavab verərkən deyib.

O bildirib ki, Təhsil Nazirliyi hər zaman əyani tədrisə qayıtmağın tərəfdarı olub:

"Uşaqların sosial-psixoloji inkişafı, parta arxasında oturması vacibdir. İnanırıq ki, bu mənada valideynlər övladlarını məktəbə göndərəcək. X-XI sinif şagirdləri hələ də dərslərini distant formada davam etdirəcəklər”.

E.Əmrullayev bildirib ki, şərait imkan verən məktəblərdə tədris həftədə 5 gün olacaq:

"Şagirdlərin məktəbdə və yaşıdları ilə ünsiyyətdə olması vacibdir. Sadəcə çıxılmaz vəziyyətdə qaldıqda distant tədrisə keçid barədə düşünürük”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar