Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Mayın 17-dən sonra açılacaq məktəblər yenidən qapanmaya gedə bilər...

Tarix: 08-05-2021 12:10     Baxış: 3368 A- / A+
Mayın 17-dən sonra açılacaq məktəblər yenidən qapanmaya gedə bilər...


"Mayın 17-dən sonra orta ümümtəhsil məktəblərində tədrisin bərpası o demək deyil ki, həmin məktəblər bağlana bilməz. Yenə də hansısa məktəbdə, yaxud ərazidə şagird və müəllimlər arasında yoluxma müşahidə olunarsa, həmin məktəblər yenidən qapanmaya gedəcək”.

Manevr.az
bildirir ki, bunu qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, bu müddət ərzində pandemiya qaydalarına əməl edilməlidir:

"Tədrisin orta ümumtəhsil məktəblərində bərpası gözlənilən idi. Hətta biz proqnozlaşdırırdıq ki, bu, daha erkən başlayacaq. Proqnozlara görə, aprelin 26-dan etibarən tədrisin bərpası mümkün idi. Artıq koronavirusun üçüncü dalğası başa çatmaq üzrədir. Digər tərəfdən artıq nəzərə alsaq ki, vaksinasiya prosesinə orta ümümtəhsil məktəblərində çalışan müəllimlərin və texniki işçilərin böyük faizi qoşulub. Artıq ölkədə pandemiya qaydalarına uyğun olaraq davranış hər kəs tərəfindən mənimsənilir. Mayın 17-dən sonra yalnız orta ümumtəhsil məktəblərində tədris bərpa edilir. Bu zaman tədris aprelin 5-də dayandığı yerdən davam edəcək”.

Kamran Əsədov qeyd edib ki, bu dəfə tədrisin bərpasının əsas məqsədi ikinci yarım il və illik üzrə qiymətləndirmənin həyata keçirilməsidir:
"Cəmi 21 gün məktəbə gedəcəklər. Bu da daha çox yarım il və illik üzrə qiymətləndirməyə imkan verəcək. Aprelin 5-nə kimi ölkədə hansı tədris vəziyyəti vardısa, o da davam edəcək”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar