Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Məktəb direktorunun otağında QALMAQALLI GÖRÜNTÜ - VİDEO

Tarix: 07-05-2021 14:39     Baxış: 2192 A- / A+
Məktəb direktorunun otağında QALMAQALLI GÖRÜNTÜ - VİDEO

Bakıda orta məktəbdə qalmaqallı hadisə baş verib. İşə düzəlmək üçün pul verdiyini iddia edən qadın məktəbə gələrək, direktorla mübahisə etməyə başlayıb.

Hadisə Mehdiabad qəsəbəsindəki 5 nömrəli tam orta məktəbdə baş verib.

Direktor Samirə Əkbərovaya işə düzəlmək üçün pul verdiyini iddia edən qadın məktəbə gəlib, onunla mübahisə etməyə başlayıb. Mübahisə direktorun otağında baş verib.

Direktordan pulunu tələb edən qadın məktəbdə səs-küy salıb. Yayılan görüntülərdən də aydın olur ki, direktor həmin qadını sakitləşdirməyə çalışır. Digər müəllimələr də məsələyə müdaxilə etmək istəyir. Amma qadın onlara etiraz edərək israrla direktordan pulunu tələb edir.

Məsələ ilə bağlı açıqlama verən direktor Samirə Əkbərova isə iddia edib ki, qadın ona pul verdiyi üçün narazılıq etməyib.

Direktorun sözlərinə görə həmin xanım 3 ildir məktəbdə texniki işçi kimi çalışır.

Samirə Əkbərovanın sözlərinə görə narazı xanımın bu cür səs-küy salmasına, etiraz etməsinə səbəb lotereya növbəsi imiş:

"Müəllimlər öz aralarında lotereya oynayıblar. Kimsə-kiminsə növbəsinə keçdiyi üçün narazılıq olub. O da məktəb direktoru olduğuma görə mənim üstünə gəlib. Mənim orada heç səsim də çıxmır. Sadəcə xanımı sakitləşdirməyə çalışıram".(musavat.com)

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar