Xəbər lenti
Magistratura imtahanının ikinci cəhdi üçün qeydiyyat yekunlaşır

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat davam edir.İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu aprelin 30-dan başlayıb və 8 may saat 23:59-dək davam edəcək.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, 6 may saat 14:15-ə olan məlumata əsasən7352 bakalavr ərizəsini təsdiq edib. (Azərbaycan bölməsi -6777; rus bölməsi -575)
2021-ci ilin fevral ayında keçirilmiş qəbul imtahanında iştirak etmək üçün sənəd verən bakalavrlarimtahanın ikinci cəhdində iştirak etmək istədikləri təqdirdə “Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak haqqını əlavə edib Mərkəzin internet saytının müvafiq səhifəsinə (https://eservices.dim.gov.az/erizemag/erize2) daxil olmaqla qeydiyyatdan keçirlər.
İlk imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməyən bakalavrlar dabu imtahana yazıla bilərlər. Həmin şəxslər Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar) ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edirlər. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları iləepayment.dim.gov.azinternet səhifəsində tanış olmaq mümkündür. Bu bakalavrlar dahttps://azvision.az/redirect.php?url=http://eservices.dim.gov.az/erizemag/erize2səhifəsinə daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər). Ərizəsini təsdiq etmiş (etdirmiş) bakalavlar imtahana qeydiyyatdan keçmiş hesab olunurlar.
İmtahan 2021-ci ilmayın 26-dakeçiriləcək (respublikamızda sanitar-epidemioloji vəziyyətdən asılı olaraq imtahanın vaxtı dəyişdirilə bilər).
Qəbul imtahanında sualların cavablandırılmasına 3 saat vaxt ayrılır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar