Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Tələbələr ilə əmək müqaviləsi bağlana bilərmi? - ŞƏRH

Tarix: 28-04-2021 11:15     Baxış: 4344 A- / A+
Tələbələr ilə əmək müqaviləsi bağlana bilərmi? - ŞƏRH


"Əyani təhsil alan və dərsdən sonrakı boş vaxtlarında işləmək istəyən tələbə iş üçün müraciət etdikdə işəgötürənlər tələbə olduğunu əsas gətirərək onunla əmək müqaviləsi bağlamaqdan imtina edirlər. Bununla bağlı Əmək Məcəlləsində heç bir məhdudiyyət yoxdur".

Bu sözləri təhsil eksperti Kamran Əsədov bildirib. Onun sözlərinə görə, əmək müqaviləsi bağlanan zaman əyani təhsil alan tələbə ilə qiyabi təhsil alan tələbə arasında müəyyən fərqlər nəzərə alınmalıdır:

"Əyani təhsil alan tələbənin iş saatı ilə dərs saatı üst-üstə düşməməlidir. Qiyabi təhsil alan tələbələrin iş saatları isə tam olur, onlara sessiya vaxtı məzuniyyət verilir. Bu hallar müqavilədə nəzərə alınmalıdır.

Bundan başqa, "Məşğulluq haqqında” Qanuna əsasən, əyani təhsil alan tələbələr məşğul şəxs hesab olunurlar, ona görə də onları işsiz statusu ilə qeydiyyata almaq mümkün deyil. Əyani oxuyanlar işaxtaran statusu daşıyırlar. Qiyabi təhsil alan işsiz tələbələr isə işsiz statusu ala bilərlər.

Qısası, tələbələr əmək müqaviləsi ilə təhsil aldığı müddətdə işləyə bilər. Bu da onların təhsillərini başa vurduqda iş stajının yaranmasına gətirib çıxarır"./qaynarinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar