Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan İlahiyyat İnstitutunda Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə vebinar keçirilib

Tarix: 10-03-2021 14:07     Baxış: 3210 A- / A+
Azərbaycan İlahiyyat İnstitutunda Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə vebinar keçirilib


Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə vebinar keçirilib.

“ZOOM” proqramı üzərindən təşkil olunan vebinarda Aİİ-nin müəllimləri və tələbələri iştirak ediblər.

Aİİ Tələbə Elmi Cəmiyyətinin sədri, Dillər və ictimai fənlər kafedrasının dosenti Məmmədəli Babaşlı giriş nitqi ilə çıxış edib. İştirakçıları salamladıqdan sonra TEC-in fəaliyyəti barədə məlumat verib.

Daha sonra M.Babaşlı mövcud pandemiya dövründə tələbələrin elmi dünyagörüşü, intellektual səviyyələrinin artırılması istiqamətində bu cür vebinarların davamlı olaraq keçiriləcəyini vurğulayıb.

Aİİ Dinşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov “Elm və elmi araşdırmanın metodologiyası” mövzusunda çıxış edib. Məruzəçi qeyd edib ki, belə vebinarlar tələbələrdə elmi yaradıcılığın müxtəlif formalarının təbliği, tədqiqatların aparılmasına gənclərin marağının artırılması, onlarda elmi metodların öyrənilməsinə motivasiyanın yaradılması, tədris materiallarının dərindən və mükəmməl mənimsənilməsinə köməklik göstərir.

Anar Qafarov çıxışı zamanı tələbələrdə müxtəlif elmi araşdırma qabiliyyətinin formalaşdırılması məqsədilə tədqiqatın ümumi strukturuna dair təsəvvürün yaranması, həmçinin sosial elmləri maraqlandıran məsələlərin araşdırma obyektinə çevrilməsi baxımından bir sıra mətləblərə toxunub. O, elmi məqalənin yazılış forması, tədqiqatın strukturuna dair plan-prospektin hazırlanması, istinad qaydaları haqqında məlumat verib.

Məlumat üçün bildirək ki, TEC-in əsas məqsədi alitəhsilli mütəxəssis hazırlanmasının keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş elmi-təşkilati tədbirlərin həyata keçirilməsidir. Həmçinin elmi-texniki potensialın qorunub-

saxlanılması və təhsilalanların elmi tədqiqat fəaliyyətinin yeni sosial-iqtisadi şəraitə uyğunlaşdırılmasında İnstitutun işinə kömək etmək TEC-in vəzifələrindən biridir.

Manevr.az

Azərbaycan İlahiyyat İnstitutunda Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə vebinar keçirilib
Azərbaycan İlahiyyat İnstitutunda Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə vebinar keçirilib
Azərbaycan İlahiyyat İnstitutunda Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə vebinar keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar