Sizin Reklam Burada
Xəbər lenti
20-09-2026
19-09-2026
BÜTÜN XƏBƏRLƏR

Buraxılış imtahanının tapşırıqları sadələşdirildi

Tarix: 10-03-2021 10:14     Baxış: 2248 A- / A+
Buraxılış imtahanının tapşırıqları sadələşdirildi


DİM və Təhsil Nazirliyinin mütəxəssisləri hazırkı vəziyyəti bir daha təhlil edərək ümumi təhsil pilləsi üzrə buraxılış imtahanının tapşırıqlarının formasını daha da sadələşdiriblər.

Manevr.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə deyib.

Ümumi təhsil pilləsində buraxılış imtahanının bir mərhələdə keçiriləcəyini xatırladan X.Xanlarzadənin sözlərinə görə, imtahanda tədris dili və xarici dil fənlərinin hər birindən 30, riyaziyyatdan 25 olmaqla, ümumilikdə 85 tapşırıq veriləcək. İmtahanda yazılı cavab tələb edən açıq tipli suallardan istifadə edilməyəcək. İştirakçılara qapalı tipli tapşırıqlar, kodlaşdırıla bilən seçim və hesablama tipli açıq tipli suallar təqdim ediləcək:

"Proqramda əsas hissə kimi 5-ci sinifdən başlayaraq, 9-cu sinfin birinci yarımilində keçirilmiş materiallar götürülür. Tədris prosesində ikinci yarımil üzrə keçirilməsi planlaşdırılan mövzular isə 5-8-ci siniflər üzrə tərtib olunacaq".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar