Xəbər lenti
Məktəblərdə pul yığılması məsələsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Təhsil Nazirliyi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə məktəblərdə şagird və valideynlərdən pul yığılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.
Manevr.az xəbər verir ki, nazirlikdən report-un sorğusuna cavab olaraq bildirilib ki, bu və ya digər hallarla bağlı qurumun “Qaynar xətt” xidmətinə (146-1) və yaxud office@edu.gov.az elektron poçt ünvanına anonim olmadan müraciət edilə bilər.
"Təhsil Nazirliyi qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları təbrik edir. Bu gün pedaqoji heyətimizin böyük əksəriyyətini təşkil edən xanım müəllimlərimizin, həm də fədakar ana kimi Vətən müharibəsində iştirak etmiş qəhrəman övladların yetişməsində rolu danılmazdır.
Bayram münasibətilə xoşagəlməz hallara qarşı müəllimlər, valideynlər və ümumilikdə, cəmiyyət olaraq birgə mübarizə aparmalı, dəyərlərimizi qorumalı və gələcək nəsillərə çatdırmalıyıq", - nazirlik bildirib.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar