Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistan Prezidentinə qarşı impiçment proseduruna başlanır

Tarix: 28-02-2021 19:24     Baxış: 3183 A- / A+
Ermənistan Prezidentinə qarşı impiçment proseduruna başlanır

Ermənistan parlamentindəki hakim "Mənim addımım" fraksiyası tərəfindən Prezident Armen Sərkisyanın mümkün impiçment prosesi gündəmə gətirilməyə başlanıb.

"Armeniasputnik.am" saytının verdiyi məlumata görə, hakim fraksiyanın deputatı Vaaqn Ovakimyan "Facebook" səhifəsində yazıb ki, buna səbəb Prezident Armen Sərkisyanın Baş nazir Nikol Paşinyanın Baş Qərargahın rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi barədə sərəncam layihəsini imzalamaqdan imtina etməsidir.

V. Ovakimyan nəzərə çatdırıb ki, Konstitusiyanın 139-cu maddəsinə əsasən, Prezident Baş nazirin sərəncam layihəsini etirazla geri qaytarmaq hüququna malikdir. İlk baxışdan da Baş Qərargah rəisinin vəzifəsindən azad edilməsi barədə sərəncam layihəsini də Prezident geri qaytararkən bu hüququndan istifadə edib: "Ancaq əslində məsələ belə deyil. Prezident özbaşına sərəncam layihəsini ona təklif edən orqana qaytara bilməz. Bu halda Baş nazir Konstitusiyanın 155-ci maddəsinə uyğun olaraq öz səlahiyyətləri çərçivəsində Baş Qərargah rəisini vəzifədən azad olunmasını təklif edib. Hətta insan ən emosional təxəyyüllə bu prosesdə Konstitusiyaya zidd element görə bilməz. Biz əslində Prezidentin səlahiyyətlərindən özbaşına istifadəni görürük. Prezidentin səlahiyyətlərindən özbaşına istifadə dövlət təhlükəsizliyini təhdid altınla qoya və stabilliyi poza bilər. Buna görə də Konstitusiyanın 141-ci maddəsinin kobud surətdə pozulduğunu nəzərə alaraq Prezidentin impiçment prosesinin başlanılması üçün aydın əsaslar var".

Qeyd edək ki, fevralın 25-də Baş Qərargah N. Paşinyanın istefasını tələb etdikdən sonra Baş nazir Baş Qərargah rəisinin istefası ilə bağlı Prezidentə sərəncam layihəsi təqdim edib. N. Paşinyan Baş Qərargahın bəyanatını dövlət çevrilişinə cəhd adlandırıb.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar