Xəbər lenti
11-ci sinif şagirdləri ilə bağlı MÜHÜM AÇIQLAMA
Xəbər verdiyimiz kimi, son günlərin ən aktual mövzulardan biri məhz orta məktəblərin pandemiya səbəbilə yenidən bağlanmaya gedilməsi ilə əlaqədardır. Dünyada koronavirusun yeni ştamının yayılması xəbəri Azərbaycanda da məktəblərin yenidən qapadılcağı məsələsini gündəmə gətirir.
Manevr.az xəbər verir ki, bununla bağlı sonxeber.az-a təhsil eksperti Kamran Əsədov danışıb:
Dünyanın 61 ölkəsində tədris prosesi bərpa edilib. Məktəblərdə yenidən qapanmalara gedilməsi üçün kütləvi yoluxma halları olmalıdır. Hazırda ölkədəki müəllimlər arasında yoluxmalar olur. Həmin vaxt müəllim dərsdən təcrid olunur.
Qapanmaların özü də planlı şəkildə həyata keçirilir. Yəni proses proqnozlaşdırılır, sonra qapanmalara gedilir. 11-ci sinif şagirdləri bu il məktəbə getmədən məzun olacaqlar. 9-cu siniflərin tədrisilə bağlı problemləri var. İbtidai siniflərdə isə proqram tam çatdırılmayıb. Bu siniflərdə tədrisin uzadılması ola bilər.
Qapanma çıxış yolu deyil. Tədris prosesində yoluxma çoxalan zaman məktəbləri bağlamaq, azalanda isə açmaq kimi proses olmamalıdır. Biz məsələdə yoluxmuş şəxsləri müəyyənləşdirməliyik. Dərslər isə iyulun 1- dək uzadıla bilər, amma biz bu zaman keyfiyyətli təhsildən danışa bilmərik".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar