Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

SDU-nun rektoruna Ufa Dövlət Neft Texniki Universitetinin Fəxri professor diplomu təqdim edildi

Tarix: 12-02-2021 18:41     Baxış: 3190 A- / A+
SDU-nun rektoruna Ufa Dövlət Neft Texniki Universitetinin Fəxri professor diplomu təqdim edildi

Müstəqil Azərbaycan dövlətinin dünya ölkələri arasında nüfuzunun ildən-ilə yüksəlməsində, bütün sahələrdə çiçəklənib, qüdrətli və tolerant bir respublika kimi tanınmasında elm və təhsilin böyük rolu vardır. Məhz buna görədir ki, prioritet sahə olan təhsilə dövlət qayğısı daim diqqət mərkəzində olmuşdur.

Bu diqqət və qayğının nəticəsidir ki, bugün SDU-da da inkişaf və fərqlilik göz önündədir. Aparılan yenidənqurma və abadlıq işləri universitetin görkəmini tamamilə dəyişmişdir. İndi Sumqayıt Dövlət Universiteti yalnız elm və təhsil müəssisəsi kimi deyil, həm də şəhərin zəka ocağı və mədəniyyət mərkəzi kimi öz fəaliyyətini bütün sahələrdə davam və inkişaf etdirir.
Əsaslı təmir işləri universitetin bütün tədris binalarında aparılmış, laboratoriyalar, tədris otaqları yeni cihaz və avadanlıqlarla təchiz olunmuşdur. Yaradılan tədris və elmi-tədqiqat laboratoriyaları, aparılan struktur dəyişiklikləri, beynəlxalq əlaqələrin ildən-ilə genişlənməsi və sair bütünlüklə universitetin yeniliklərlə dolu zəngin mənzərəsini əks etdirir.
Heç təsadüfi deyil ki, möhtərəm Prezidentimiz İlham Əliyev Sumqayıt şəhərinin 70 illik yubileyi ilə əlaqədar imzaladığı Sərəncamda “Sumqayıt Dövlət Universiteti artıq respublikamızın nüfuzlu ali təhsil ocaqlarındandır” qeyd etmişdir.
SDU-da təhsilin bütün pillələri, o cümlədən, elmlər doktoru proqramı üzrə kadr hazırlığı aparılır. Qeyd etmək yerinə düşər ki, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin qərarına əsasən Sumqayıt Dövlət Universitetinin nəzdində fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 6 ixtisas üzrə təqdim olunan dissertasiyaların müdafiəsini keçirmək üçün 3 Dissertasiya Şurası yaradılmışdır.
Beynəlxalq əlaqələrini ildən-ilə genişləndirən universitet bu gün ölkəmizin dünyaya inteqrasiyasında önəmli bir körpü rolunu oynayaraq Xəzəryanı Dövlət Universitetləri və Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyalarının üzvü olmuşdur. Universitet Türkiyə, İran, ABŞ, Rusiya, İngiltərə, Almaniya, Avstriya, İsveç, Litva, Macarıstan, İspaniya, Polşa, Ukrayna, İsrail, Tacikistan, Qazaxıstan və s. ölkələrin ali təhsil müəssisələri ilə iki və çoxtərəfli müqavilələr və beynəlxalq layihələr çərçivəsində əməkdaşlıq həyata keçirir.
SDU-da elmin təhsilə, Avropa dəyərlərinə inteqrasiyası, tədris prosesinin qabaqcıl təcrübədən faydalanmaqla təkmilləşdirilməsi məqsədilə bir sıra uğurlu layihələr həyata keçirilir. Universitet imza atdığı uğurlarla MDB məkanında, Türkiyədə, bir sıra Avropa ölkələrində fəaliyyət göstərən elm-təhsil mərkəzləri tərəfindən də qəbul olunaraq təkcə maddi-texniki bazası ilə deyil, hazırladığı yüksək ixtisaslı mütəxəssislərlə də şöhrət qazanıb. Sumqayıt Dövlət Universiteti bir neçə beynəlxalq layihələrdə tərəfdaş qismində işini uğurla davam etdirir. Bu uğurların nəticəsidir ki, 2015-ci ildə SDU ilə UDNTU arasında əməkdaşlıq müqaviləsi bağlanmışdır. Əməkdaşlıq müqaviləsinə uyğun olaraq SDU-nun professor-müəllim heyəti, tələbələri dəfələrlə Ufa Dövlət Neft Texniki Universitetində olmuş, elmi konfranslarda, Azərbaycan-Rusiya Universitetləri Assosiasiyasının Forumlarında, tələbə forumlarında iştirak etmişlər. Eyni zamanda UDNTU-nun əməkdaşları mütəmadi olaraq SDU-da təşkil olunan elmi konfranslarda iştirak etmiş, elmi-tədqiqat işlərinin nəticələri qarşılıqlı olaraq hər iki universitetin elmi jurnallarında nəşr olunmuşdur. Sumqayıt Dövlət Universiteti Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan-Rusiya Universitetləri Assosiasiyasının təşkilatçılığı ilə 14–21 iyul 2019-cu il tarixlərində “Odlar Yurdu Azərbaycana səyahət” adlı Yay məktəbinə yüksək səviyyədə ev sahibliyi etmişdir.
18 dekabr 2020-ci ildə Sumqayıt Dövlət Universiteti ilə Ufa Dövlət Neft Texniki Universiteti arasında Azərbaycan-Rusiya Universitetləri Assosiasiyasının fəaliyyətinin 5 illiyinə həsr olunmuş telekörpü keçirildi. Ufa Dövlət Neft Texniki Universitetinin Elmi Şurasının qərarı ilə Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynova UDNTU-nun Fəxri professoru adı verildiyi elan olundu.
11.02.2021-ci il tarixində isə Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynova Ufa Dövlət Neft Texniki Universitetinin Fəxri professor diplomu və mantiyası təqdim edildi.
SDU-nun kollektivi adından universitetin rektoru professor Elxan Hüseynovu UDNTU-nun Fəxri professoru adına layiq görülməsi münasibəti ilə təbrik edirik./mətbuat xidməti/

Manevr.az
SDU-nun rektoruna Ufa Dövlət Neft Texniki Universitetinin Fəxri professor diplomu təqdim edildi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar