Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Xarici diplomlar Azərbaycanda bu ŞƏRTLƏ TANINACAQ

Tarix: 25-01-2021 17:41     Baxış: 3294 A- / A+
Xarici diplomlar Azərbaycanda bu ŞƏRTLƏ TANINACAQ


Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısı və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləği”nə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması üzrə sənədlərin qəbulu və ekspertizasının keçirilməsinə görə xidmət haqqının 250 manat məbləğində ödənilməsinin tətbiqinə başlanılıb.

Qeyd edilən xidmət haqqının ödənilməsi üçün müraciətçilər www.apply.edu.az internet səhifəsindən qeydiyyatdan keçdikləri şəxsi kabinetlərinə daxil olmalı və tanınma üçün təqdim etdikləri ərizəni təsdiq etdikdən sonra ödənişi həyata keçirə bilərlər.

Ödənişi bank kartı ilə şəxsi kabinetdən, Hökumət Ödəniş Portalından (www.gpp.az) və ya nağd ödənişlə bank və poçt mərkəzlərindən həyata keçirmək mümkündür. Ödənişlə bağlı ətraflı məlumat almaq üçün istifadəçilər Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən hazırlanmış ödəniş təlimatından istifadə edə bilərlər.

Agentlik xarici kvalifikasiyaların tanınması sahəsində vətəndaşlara göstərdiyi xidmətin keyfiyyətini daha da yüksəltmək üçün mütəmadi olaraq təkmilləşdirmələr həyata keçirməkdədir. Belə ki, son dövrdə elektron ərizə sistemi funksionallıq və istifadəçi rahatlığı baxımından təkmilləşdirilib, vətəndaşlar üçün müxtəlif növ elektron arayışların əldə olunması imkanı yaradılıb, xarici ali təhsil müəssisələrinə və aidiyyəti qurumlara göndərilən sorğuların sayı minimuma endirilib. Qeyd olunan tədbirlərin əsas nəticəsi olaraq, tanınma ilə bağlı daxil olmuş müraciətlərin icra müddəti əvvəlki dövrlə müqayisədə 3 dəfəyə qədər azalıb.

Qeyd edək ki, ötən ildə Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən ortalama icra müddəti 30 gün olmaqla, tanınma ilə bağlı 3000-ə qədər müraciətin icraatı yekunlaşdırılıb, başqa sözlə, 20000-ə qədər sənədin ekspertizası həyata keçirilib. İl ərzində daxil olmuş müraciətlərin 80 faizinin icrası müsbət qərarla yekunlaşıb.

Əlavə olaraq, vətəndaşların Təhsildə Keyfiyyət Təminatı Agentliyinin internet səhifəsinin (www.tkta.edu.az) “Mütəmadi verilən suallar” bölməsi ilə tanış olmaları tövsiyə olunur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar