Xəbər lenti
Azərbaycan aliminin elmi əsəri beynəlxalq elektron kitabda - ŞƏKİL

Bakı Mühəndislik Universitetinin (BMU) Mühəndislik fakültəsinin dekanı, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Mirzəyevin “Dişli çarxlar və tətbiqi” adlı elmi əsəri “Mühəndislikdə texnoloji inkişaflar” (Mühendislik alanında teknolojik gelişmeler) beynəlxalq elektron kitabında nəşr edilib.
Manevr.az xəbər verir ki, bu barədə BMU-nun İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Bildirilir ki, 2020-ci ilin dekabrında İstanbulda türk dilində dərc olunan və 26 fəsildən ibarət kitabın hər fəsli 20-30 səhifədən ibarətdir. Hər fəsil bir elmi əsərə həsr edilib.
BMU alimi Hüseyn Mirzəyevin müəllifi olduğu elmi əsər 16-cı fəsildə (səh. 408-434) yer alıb. Burada dişli çarx reduktorlarının struktur sxemləri araşdırılıb və müqayisəli analiz edilib. Elmi əsərdə, həmçinin ötürmə nisbətinin optimal paylanma üsulları, dişin əyilməyə hesablanma üsullarının müqayisəli analizi, lift qapılarının hərəkət mexanizmi üçün layihələndirilmiş çoxpilləli reduktorun yeni konstruksiyası verilib.
Kitab Türkiyənin milli kitabxanası vasitəsilə 18 dövlətin kitabxana bazalarına yerləşdiriləcək. Kitabı nəşriyyatın aşağıda qeyd olunan internet adresindən ödənişsiz yükləmək olar:http://www.guvenplus.com.tr/guven.../116/bilimsel-kitaplar/
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar