Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan İlahiyyat İnstitutunda qış imtahan sessiyası başladı

Tarix: 11-01-2021 16:43     Baxış: 3219 A- / A+
Azərbaycan İlahiyyat İnstitutunda qış imtahan sessiyası başladı

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) bakalavriat və magistratura səviyyələri üzrə payız semestrinin qış imtahan sessiyası başlayıb. Dörd həftə davam edəcək sessiya təsdiq edilmiş imtahan cədvəlinə uyğun olaraq, “Microsoft Teams” platforması üzərindən onlayn, əsasən, şifahi, ehtiyac olduğu təqdirdə isə yazılı formada həyata keçirilir.

Manevr.az-a verilən məlumata görə, Ali tədris müəssisəsində xüsusi karantin rejiminin tələblərini və məsafədən tədrisin reallıqları nəzərə alınaraq, imtahan sessiyasında tələbələrin bilik və bacarıqlarını göstərmələri üçün lazımi şərait yaradılıb.

Qeyd edək ki, COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi 2 noyabr 2020-ci il tarixdən etibarən distant formada keçirilir. Aİİ-də cari tədris prosesi Təhsil Nazirliyinin tövsiyəsinə uyğun olaraq onlayn şəkildə “Microsoft Teams” platforması üzərindən təşkil edilib. Tələbələrin imtahanlarda daha fəal iştirak etmələri üçün güzəştlər tətbiq olunur.

İmtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, sualların tərtibi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin tam təmin olunması, sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların araşdırılması və həll edilməsi məqsədilə ali təhsil müəssisəsində Qərargah və onun nəzdində Apellyasiya Komissiyası yaradılıb. Qərargah mövcud şəraitə uyğun olaraq məsafədən onlayn şəkildə fəaliyyət göstərəcək. Daxil olan elektron müraciətlər, şikayətlər qısa müddətdə çevik şəkildə araşdırılacaq və lazımi tədbirlər görüləcək

Manevr.az

Azərbaycan İlahiyyat İnstitutunda qış imtahan sessiyası başladı
Azərbaycan İlahiyyat İnstitutunda qış imtahan sessiyası başladı
Azərbaycan İlahiyyat İnstitutunda qış imtahan sessiyası başladı
Azərbaycan İlahiyyat İnstitutunda qış imtahan sessiyası başladı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar