Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Ədəbiyyat İnstitutunun “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalı “Copernicus” beynəlxalq indeksinə daxil edilib

Tarix: 07-01-2021 15:05     Baxış: 3334 A- / A+
Ədəbiyyat İnstitutunun “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalı “Copernicus” beynəlxalq indeksinə daxil edilib

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalı elmi nəşrlərin beynəlxalq indeksləşdirmə bazası olan “Copernicus” sisteminə daxil edilib. Jurnal dünya, o cümlədən türk xalqlarının ədəbiyyatlarının qarşılıqlı müqayisəli təhlili istiqamətində elmi məqalələrin çap olunduğu nəşrdir.

“Müqayisəli ədəbiyyatşünaslıq” jurnalı 2004-cü ildən etibarən “Ədəbi əlaqələr” adı ilə toplu kimi fəaliyyətə başlayıb. 2014-cü ildən ardıcıl şəkildə jurnal kimi fəaliyyət göstərməkdədir. 2018-ci ildən AMEA Rəyasət Heyətinin jurnalların təkmilləşdirilməsi haqqında qərarından sonra komparativistika istiqamətində ixtisaslaşan jurnalın adı dəyişdirilərək “Müqayisəli ədəbiyyatşünaslıq” adlandırılıb və beynəlxalq tələblərə uyğunlaşdırılıb.

AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin baş redaktoru olduğu “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalında Azərbaycan dili ilə yanaşı türk, rus, ingilis dillərində yerli və xarici müəlliflərin məqalələri yayımlanır. Jurnalın redaksiya heyətinə Azərbaycan, Türkiyə, Rusiya, Çin, Özbəkistan, Bolqarıstan, Qırğızıstan, Macarıstan, Çexiya, Cənubi Koreya, Tatarıstan, Qazaxıstan, Türkmənistan, Ukrayna, Polşa və digər ölkələrin alimləri daxildir.

Gülnar Səma
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar