Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Doqquzuncu siniflər üzrə buraxılış imtahanları yeni modellə keçiriləcək - RƏSMİ

Tarix: 28-12-2020 14:08     Baxış: 4279 A- / A+
Doqquzuncu siniflər üzrə buraxılış imtahanları yeni modellə keçiriləcək - RƏSMİ


“2021-ci ildə doqquzuncu siniflər üzrə buraxılış imtahanları yeni imtahan modeli əsasında bir mərhələdə həyata keçiriləcək”.
Manevr.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının Sədri Məleykə Abbaszadə bildirib.

O bildirib ki, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün “Abituriyent” jurnalının xüsusi buraxılışında СОVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin qaydalarının tədris prosesinə bilavasitə təsiri nəzərə alınaraq tərtib edilmiş proqramları və yeni tapşırıq modellərinin variantları təqdim olunub.

“Yeni imtahan modelinə uyğun olaraq imtahanda şagirdlərə həm açıq, həm də qapalı tipli tapşırıqlar təqdim olunacaqdır. Jurnalda, həmçinin, dinləyib-anlama qabiliyyətini yoxlamaq üçün tapşırıq nümunələri verilib, DİM-in saytında isə müvafiq audiofayllar yerləşdirilib (//dim.gov.az/news/2504/).

Hər kəs bu faylları öz telefonuna və ya kompüterinə yükləyib qulaq asmaqla jurnalda verilən tapşırıqları yerinə yetirə bilər”, - deyə sədr qeyd edib./oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar