Xəbər lenti
Müəllimlərimiz mükafatlandırıldı - ŞƏKİL

Təhsil naziri Emin Əmrullayev könüllü fəaliyyət göstərən iki müəllimi mükafatlandırıb.
Manevr.az bildirir ki, E.Əmrullayev sosial.şəbəkədəki səhifəsində yazıb ki, başa çatmasına bir neçə gün qalan 2020-ci il ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə "Könüllülər ili" elan edilmişdi.
Pandemiya şəraiti olmasına baxmayaraq, ölkəmizdə müxtəlif sahələrdə könüllülük hərəkatı geniş vüsət aldı. Bu sırada Vətən müharibəsində könüllü olaraq döyüşlərə qatılan müəllimlərimiz kimi arxa cəbhədə övladlarımıza könüllü dərs deyən pedaqoqlarımız da oldu:"Bu ilin martından teledərslərin hazırlanması prosesinə könüllü qatılan, gənclərə örnək olan müəllimlərdən ikisi barədə danışmaq istərdim. Müəllimlərimiz Nüşabə Məmmədova və Qita Veyseyskaya təqaüddə olmalarına baxmayaraq, könüllü şəkildə teledərslər vasitəsilə şagirdlərimizə dərs deyiblər. Özü də bu işi sevə-sevə, ürəklə, yüksək keyfiyyətlə görüblər.
Çətin vaxtlarda hər iki müəllimimiz sözün əsl mənasında fədakarlıq nümayiş etdiriblər. Təhsil Nazirliyinin "Fəxri Fərman"ı ilə təltif olunan hörmətli müəllimlərimizə dəyərli əməkləri, göstərdikləri səylər üçün bir daha dərin təşəkkürümü bildirirəm".trend
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar