Xəbər lenti
Bu il məktəbdaxili qiymətləndirmə hansı formada olacaq? (AÇIQLAMA)
Dekabrın 19-da "Virtual məktəb”də keçirilən virtual qiymətləndirmədə iştirak edə bilməyən şagirdlər üçün əlavə qiymətləndirmə keçiriləcək.
Təhsil Nazirliyindən verilən məlumata görə, dekabrın 19-da "Virtual məktəb”də əsas məqsədi IV, VI və IX sinif şagirdləri arsında keyfiyyət göstəricilərini müəyyən etmək olan onlayn milli qiymətləndirmə təşkil edilib.
"Microsoft Teams” platforması üzərindən təşkil olunan budəfəki qiymətləndirmədə ümumi təhsil pilləsində keyfiyyət göstəriciləri ilə yanaşı, elektron sistemin imkanları da texniki olaraq dəyərləndirilib. Bir daha qeyd olunmalıdır ki, milli qiymətləndirmənin nəticəsi şagirdlərin məktəbdaxili qiymətləndirmə üzrə nəticələrinə təsir göstərmir. Bu qiymətləndirmə tədqiqat xarakteri daşıyır və tədrsi ili ərzində mütəmadi təşkil olanacaq:
"Texniki səbəblərdən sözügedən qiymətləndirmədə iştirak edə bilməyən şagirdlər üçün əlavə qiymətləndirmə keçiriləcək. Bu barədə ictimaiyyət məlumatlandırılacaq. Qeyd edək ki, mövcud şərait nəzərə alınaraq, 2020-2021-ci tədris ili üzrə məktəbdaxili qiymətləndirmənin hansı formada aparılması ilə əlaqədar Təhsil Nazirliyi Kollegiyasının qərar layihəsi artıq hazırlanıb. Hazırda layihə üzrə rəy və təkliflər toplanılır. Bununla bağlı tezliklə geniş məlumat veriləcək".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar