Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Təhsil Nazirliyi yanında İctimai Şuranın iclası keçirilib

Tarix: 14-12-2020 14:46     Baxış: 3388 A- / A+
Təhsil Nazirliyi yanında İctimai Şuranın iclası keçirilib

Təhsil Nazirliyi yanında İctimai Şuranın TIMSS 2019 beynəlxalq qiymətləndirməsinin nəticələrinin müzakirəsinə həsr olunmuş onlayn iclası keçirilib.
Manevr.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

İclasda çıxış edən Təhsil nazirinin müşaviri Elnur Nəsibov dünya üzrə TIMSS 2019 beynəlxalq qiymətləndirməsində 64 ölkədən 580 mindən çox şagirdin, 310 min valideyn, 52 min müəllim, 19 min məktəbin iştirak etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, 194 məktəb, 5 min 300 şagird, təxminən 5 min 300 valideyn, 310 müəllimlə TIMSS 2019 beynəlxalq qiymətləndirməsində iştirak edən ölkəmiz bu tədqiqatda yalnız IV sinif şagirdləri ilə təmsil olunub. Riyaziyyat üzrə tədqiqat nəticələri ilə ölkəmizin tarixi nəticə əldə etdiyini vurğulayan Elnur Nəsibov deyib ki, azərbaycanlı şagirdlər 515 balla bu istiqamətdə tədqiqatda iştirak edən 58 ölkə arasında 28-ci yerdə qərarlaşıb.

TIMSS 2019-cu il beynəlxalq qiymətləndirilməsində ölkəmizin göstəriciləri barədə təqdimatla çıxış edən Təhsil İnstitutunun Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsinin aparıcı mütəxəssisi Aygün Qurbanlının sözlərinə görə, riyaziyyat üzrə nailiyyətimiz TIMSS 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 52 ballıq artımla 463 baldan 515 bala yüksəlib. Bu nəticə ilə Azərbaycan regionda ən yüksək nəticə göstərən ölkə sayılır. Təbiət fənnləri üzrə isə ölkəmiz 427 balla 50-ci yerdə mövqe tutub. Həmçinin, “mükəmməl” və “yüksək” qiymətləndirmə oriyentirinə (benchmark) çatan şagirdlərimizin sayında əhəmiyyətli artım müşahidə edilib. Belə ki, 2011-ci ildə 21 faiz şagirdimiz riyaziyyat üzrə “mükəmməl” və “yüksək” qiymətləndirmə nailiyyəti göstərmişdirsə, 2019-cu ildə bu nəticə 36 faiz olub.

İclasda iştirak edən Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov, sədr müavini Nadir İsrafilov, məsul katib İlqar Orucov, Təhsil İnsitutunun direktor əvəzi Anar Nağıyev, Təhsil İnstitutunun direktor müavini Ülkər Babayeva, şura üzvlərindən Asif Cahangirov, Ülviyyə Mikayılova, Elmina Kazımzadə, Mayis Əliyev çıxış edərək mövzu ilə bağlı fikirlərini ifadə ediblər. Bildirilib ki, beynəlxalq qiymətləndirmənin nəticələrinə əsasən, azərbaycanlı şagirdlərin Cənubi Qafqazda ən yüksək nəticə ilə Fransa, İspaniya, Yeni Zelandiya kimi inkişaf etmiş ölkələrdən olan həmyaşıdlarından yüksək göstəriciləri böyük uğurdur. Bundan sonra da beynəlxalq qiymətləndirmələrdə yüksək nailiyyətlər qazanılması məqsədilə görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.

Sonda ictimai şuranın sədr müavini Nadir İsrafilov “Təhsil strategiyası: yeni yanaşmalar” mövzusunda təqdimatla çıxış edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar