Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Hansı universitet imtahanlarda tələbələrə güzəşt edəcək...

Tarix: 04-12-2020 14:53     Baxış: 4216 A- / A+
Hansı universitet imtahanlarda tələbələrə güzəşt edəcək...


Azərbaycanda hərbi vəziyyət və koronavirus pandemiyası ilə əlaqədar təhsil əyani formadan distant formaya keçirilib. Hazırda da bütün təhsil müəssisələrində dərslər məsafədən tədris olunmaqdadır.

Maraqlıdır, üniversitetlər distant təhsil formasını nəzərə alıb imtahanlarla bağlı tələbələrə hansısa güzəştlər edəcək?

Manevr.az
xəbər verir ki, modern.az mövzu ilə bağlı universitetlərə müraciət edib:

Bakı Dövlət Universitetinin mətbuat katibi Günel Orucəliyeva:

“Bu barədə müzakirələr aparılır. Gələn həftənin ilk günlərində Elmi Şuranın iclasında bu haqqda dəqiq qərar qəbul ediləcək”.

Azərbaycan Dillər Universitetinin mətbuat katibi Ağa Cəfərli:

“Universitetimiz tərəfindən tələbələr üçün bir çox güzəştlər nəzərdə tutulur. Qərarların hamısı tələbəyönümlü olacaq. Gələn həftə Elmi Şuranın iclasında bu qərarlar rəsmiləşəcək. Cəbhə bölgəsində yaşayan tələbələrimizə, xüsusilə diqqət yetiriləcək”.

Lənkəran Dövlət Universitetinin mətbuat katibi Esmira İsmayılova:

“Keçən semestrda olduğu kimi, bu il də imtahanlar onlayn qaydada keçiriləcək. Dərsdə iştirak edə bilməyən tələblərə üçün imkanlar yaradılacaq. Həmin tələbələr üçün əlavə onlayn dərslər təşkil olunacaq. Əgər bu baş tutmasa, koronavirus səngiyəndən sonra əlavə mühazirələr təşkil olunub, daha sonra imtahana buraxılacaq. Təhsil Nazirliyinin imtahanla bağlı müvafiq qərar və tövsiyələri olur. Lənkəran Dövlət Üniversiteti də həmin qərarları nəzərə alacaq”.

ADA Universitetinin mətbuat katibi Şəbnəm Məhərrəmova:

“Payız semestrı üzrə ADA məktəbi üçün 10%, ADA Universiteti üçün 15% güzəşt var idi. Universitetimizdə tədris rəqəmsallaşdırılıb və müxtəlif platformalar vasitəsi ilə imtahanlar keçirilir. Növbəti semestr üçün olacaq dəyişikliklərlə bağlı dəqiq məlumat yoxdur”.

Azərbaycan Texniki Universitetinin mətbuat katibi Sevinc İsgəndərova:

“Yaxın bir-iki günə Elmi Şura keçiriləcək, ondan sonra hansı güzəştlərin ediləcəyi məlum olacaq. Bu məsələ hər zaman universitetimizdə nəzərə alınıb”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar