Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan İlahiyyat İnstitutunda Birdəfəlik dissertasiya şurası yaradılıb

Tarix: 23-11-2020 14:25     Baxış: 4252 A- / A+
Azərbaycan İlahiyyat İnstitutunda Birdəfəlik dissertasiya şurası yaradılıb

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Birdəfəlik dissertasiya şurası yaradılıb.

Aİİ-nin nəzdində fəlsəfə elmləri sahəsində fəlsəfə doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün yaradılan Birdəfəlik dissertasiya şurası iki ixtisas üzrə fəaliyyət göstəriləcək: “Dinşünaslıq” və “Dinin tarixi və fəlsəfəsi”.

Şuranın yaradılması Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilmiş müvafiq əmrinə əsasən həyata keçirilib.

Birdəfəlik dissertasiya şurası Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 4.9-cu bəndinə əsasən, “Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında Əsasnamə”nin 4.2.1-ci yarımbəndi və 4.8-ci bəndinə uyğun olaraq yaradılıb.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2018-ci il tarixli 3654 nömrəli Sərəncamına əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılıb. Aİİ-yə bakalavriat səviyyəsi üzrə “Dinşünaslq” və “İslamşünaslıq”, magistratura səvviyəsi üzrə “Dinin psixologiyası”, “Dinin sosiologiyası”, “Dinlərin tarixi”, “İslamşünaslıq”, doktorantura və dissertantura səviyyələri üzrə isə “Dinşünaslıq” və “Dinin tarixi və fəlsəfəsi” ixtisasları üzrə qəbul həyata keçirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar