Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan İlahiyyat İnstitutunun rektoru birinci kurs tələbələri ilə görüşüb -ŞƏKİL

Tarix: 16-11-2020 18:19     Baxış: 3200 A- / A+
Azərbaycan İlahiyyat İnstitutunun rektoru birinci kurs tələbələri ilə görüşüb

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinov birinci kurs tələbələri ilə onlayn görüş keçirib.

Rektor öncə tələbələri 44 günlük Vətən Müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığımız böyük zəfər münasibətilə təbrik edib. İyirmi yeddi sentyabrda Müzəffər və Şanlı Ordumuzun başlatdığı əks-hücum əməliyyatı haqqında fikirlərini bildirən A.Şirinov bu qələbənin şəhidlərimizin və qazilərimizin qanı və canı bahasına əldə edildiyini bildirib. Rektor şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyərək, Qurani-Kərimin “Bəqərə” surəsinin 154-cü ayəsinə diqqət çəkib.

Daha sonra Aİİ rəhbəri koronavirus pandemiyasından söhbət açaraq bildirib ki, Qarabağda ön cəbhədə görünən düşmənlə mübarizə apardıq, amma hələ də görünməyən düşmənlə mübarizəmiz davam edir. Rektor tələbələri pandemiya dövründə qaydalara riayət etməyə səsləyib.

A.Şirinov Azərbaycan İlahiyyat İnstitutunda müəllim-tələbə münasibətlərindən də bəhs edib. O vurğulayıb ki, ali təhsil müəssisəsində təkcə müəllimlər deyil, digər əməkdaşlarımız da tələbələrlə ünsiyyət qurur, onların problemləri ilə maraqlanırlar. İslamşünaslıq və Dinşünaslıq ixtisasları üzrə yetişəcək tələbələrə öz tövsiyələrini verən rektor onlara dərslərə ciddi yanaşmağı, distant təhsildən yararlanmağı, dərslərdən faydalanmağı tövsiyə edib. Daha sonra tədris olunan xarici dillər barədə ətraflı məlumat verib.
Görüş tələbələrin sual-cavabı ilə davam edib. Aİİ-nin birinci kurs tələbəsi Adəm Atan ölkəmizi şanlı qələbə münasibətilə təbrik edib.

Manevr.az

Azərbaycan İlahiyyat İnstitutunun rektoru birinci kurs tələbələri ilə görüşüb
Azərbaycan İlahiyyat İnstitutunun rektoru birinci kurs tələbələri ilə görüşüb

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar