Xəbər lenti
Təhsil naziri Abşeron rayon və Sumqayıt şəhər sakinlərini videobağlantı vasitəsilə qəbul edib - ŞƏKİL

Noyabrın 12-də Təhsil naziri Emin Əmrullayev Abşeron rayon və Sumqayıt şəhər sakinlərini canlı videobağlantı vasitəsilə qəbul edib.
Manevr.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2020-ci ilin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq həyata keçirilən qəbulda Abşeron rayonunda və Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.
Təhsil naziri vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.
Videoqəbulda vətəndaşlar əsasən, müəllimlərin yerdəyişməsi, işlə təmin olunma, həmçinin digər məsələlərlə bağlı müraciət ediblər.
Qeyd edək ki, videoqəbulun təşkil edilməsində əsas məqsəd vətəndaşların Təhsil Nazirliyinə müraciət imkanlarını müasir texnologiyalardan istifadə etməklə genişləndirmək, regionlarda yaşayanlara nazirliyin inzibati binasına gəlmədən vəzifəli şəxslərlə videobağlantı vasitəsilə birbaşa əlaqə imkanının yaradılmasıdır.



Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































