Xəbər lenti
"Təhsil sektoru ciddi tənəzzül dövrünü yaşayır, çünki..." - İlqar Orucov
Azərbaycanda artıq pandemiyadan sonra ermənilərin 27 sentyabrdan başlayaraq cəbhə zonasında törətdiyi təxribatlar və buna adekvat olaraq cəbhə bölgəsində təhsilin dayandırılması, eyni zamanda Azərbaycanda elan olunmuş hərbi vəziyyətlə bağlı internetin verilməsində məhdudiyyətlər təhsil sektorunda da mənfi təsirini göstərməkdədir. Baş verən hadisə səbəbilə Təhsil Nazirliyi xüsusilə cəbhə bölgəsində yerləşən, təmas xəttində olan rayonlardan 440 məktəbin fəaliyyətinə fasilə verdi. Qısa müddətdən sonra tədrisinə fasilə verilən məktəblərin sayı 1200ə çatdı.
Manevr.az xəbər verir ki, bu fikirləri teleqraf.com-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru İlqar Orucov deyib.
Onun sözlərinə görə, görülən tədbirlər cəbhəyanı bölgədə ermənilərin mülki əhaliyə endirdiyi raket zərbələri nəticəsində bizim həm təhsil alanların, həm də təhsil verənlərin həyatı üçün təhlükəni önləmək məqsədi daşıyır:
“Tərtərdə ilk təxribatlar günü 2 məktəblimiz həlak oldu, sonrakı günlərdə isə xəsarət alan məktəblilərin sayı 5-ə çatdı, 3 nəfər vəfat etdi. Buna adekvat olaraq Təhsil naziri doğru qərar qəbul edərək, təkcə cəbhəyanı bölgə deyil, ermənilərin atəşinə məruz qalan rayonlar, həmçinin Gəncə şəhəri də daxil olmaqla 1200 məktəbin fəaliyyəti dayandırıldı. Proses bu gün də davam etməkdədir.
Düşmən insanlığa yaraşmayan davranışlar sərgiləməkdədir, bu baxımdan da məktəblərin fəaliyyətinin dayandırılması başadüşüləndir. Həm orta, həm ali təhsil bazasında, kolleclərdə, peşə məktəblərinin bir qismində dərslər distant formada həyata keçirilir və internetin sürətində yaranmış problem də buraya əlavə olunur.
Açığını desək, hazırkı vəziyyətdə Azərbaycanda distant təhsildən danışmaq mənasızdır, demək olar ki, distant təhsil yoxdur. Bu baxımdan təhsil sektoru ciddi problemlərlə qarşılaşıb. Baxmayaraq ki, pandemiya ilə əlaqədar olaraq orta məktəb bazasında ibtidai siniflərdə dərslərin ənənvi qaydada keçilməsinə icazə verilmişdi, növbəti mərhələdə 9-cu siniflərə qədər ənənəvi təhsil formasına keçid edildi”.
İlqar Orucov bidirib ki, hazırda cəbhə bölgəsində, cəbhəyə yaxın rayonlarda, şəhərlərdə təhsil dayanması bu istiqamətdə çox ciddi problemlərə səbəb olub: “Baş verən hadisələrlə bağlı müxtəlif beynəlxalq qurumlara, uşaqların müdafiəsi ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ünvanlamışıq. Təəssüf edirəm ki, sivil dünya və beynəlxalq təşkilatlar bu məsələdə sanki tamaşaçı qismində çıxış edirlər. Nə qədər ki, erməni təxribatı, atışmalar davam edir, internetlə bağlı məhdudiyyətlər olacaq. Bu səbəblə distant təhsil mümkünsüzə çevrilir.
Azərbaycanda 4400-dən çox təhsil müəssisəsi fəaliyyətdən kənar qalıb. Azərbaycanda təhsil sektoru çox ciddi tənəzzül dövrünü yaşayır. Hazırda təhsil alanların təhsildən geri qalmaması üçün digər adekvat üsullar mümkün deyil. Yalnız bir variant qalır, o da teledərslər layihəsidir.
Bir tərəfdən pandemiya, digər tərəfdən hazırkı dövr üçün daha təhlükəli olan erməni təxribatı, düşmənin iyrənc planları qarşımızı kəsir. Uşaqlarımızı qorumalı, onların təhlükəsizliyini təmin etməliyik. Hələ ki, vəziyyət belədir. Təhsil Nazirliyi alternativ ortaya qoya bilmir, çünki bunun alternativləri yoxdur. Düşmən heç bir sivil normalara sığışmayan, heç bir beynəlxalq konversiyalarla uzlaşmayan formada uşaqlarımızı atəşə tutur. Gəncə hadisələrində 11 məktəbli xəsarət aldı”.
Təhsil eksperti bildirib ki, hazırkı dövrdə gözləmək, səbrli olmaq, hadisələrin gedişini izləmək lazımdır: “Bizim ordumuz düşmənə layiqli cavabverir. Cəbhədə vəziyyət düzəldikdən sonra həmin bölgələrdə təhsili bərpa edə biləcəyik”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar