Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Təhsil eksperti TN-in yeni layihəsini şərh etdi: “Oktyabrın 10-dan sonra...”

Tarix: 09-10-2020 19:16     Baxış: 3223 A- / A+
Təhsil eksperti TN-in yeni layihəsini şərh etdi: “Oktyabrın 10-dan sonra...”

"Oktyabrın 10-dan sonra tədris müəssisələrində şənbə gününün dərs saatları bərpa olunacaq”.

Manevr.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Təhsil Nazirliyinin həftəsonu layihəsindən danışarkən deyib. Kamran Əsədov bildirib ki, Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda dərslər 3 gün keçiriləcək:
Təhsil eksperti TN-in yeni layihəsini şərh etdi: “Oktyabrın 10-dan sonra...”

"Nazirlər Kabinetinin qərarına görə, 15 sentyabrdan müvvəqəti qaydalar müəyyənləşib. Pandemiya dövründə virusun yayılmasının qarşısını almaq məqsədi ilə dərslər 2 gün təyin olundu. Məlum oldu ki, bu müddət kifayət qədər azdır, şagirdlər lazımi bilik və bacarıqlar əldə edə bilmir. Ona görə də yeni qaydalar təyin edildi və yenidən qərara əsasən, həftənin 3 günü dərs saatı təyin edildi. Amma şənbə günü ictimai nəqliyyatın fəaliyyəti olmadığından şagird sıxlığı tənzimlənə bilmirdi. Ona görə Bakı Nəqliyyat Agentliyi, Dövlət Avtomobil Nəqliyyatı Xidməti və Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılğı ilə yeni layihə işlənildi. Həmin layihəyə görə, şənbə günləri ictimai nəqliyyat bərpa olunacaq. Amma burada bir məsələ var. Bu avtobuslardan ancaq şagird müəllim və validenlər istifadə edəcək”.

Kamran Əsədov bildirib ki, oktyabrın 10-dan sonra Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda orta məktəblərdə dərslər qrafiklə tənzimlənəcək:

"Hazırda tədris müəssisələrində dərslərin qrafiki belə idi - 1-3 və 5-ci günlər. Amma yeni layihəyə görə, eyni zamanda 2-4 və 6-cı günlərdə də dərslər tədris olunacaq. Bu günə kimi şənbə günü ictimia nəqliyyatın fəaliyyəti olmadığından dərslər keçirilmirdi. Oktyabrın 10-dan sonra şənbə günləri ictimai nəqliyyatın fəlaiyyəti bərpa olunacaq və şagirdlər məktəbə gələ biləcəklər. Valideynlər və müəllimlər bu gündən etibarən təhsil müəssisələrindən arayış almalıdırlar. Onlar nəqliyyatdan həmin arayışla istifadə edəcəklər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar