Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Məktəblərlə bağlı önəmli AÇIQLAMA

Tarix: 24-09-2020 11:01     Baxış: 4549 A- / A+
Məktəblərlə bağlı önəmli AÇIQLAMA

Bu il 1-ci siniflər üçün nəzərdə tutulan, Təhsil Texnologiyaları Mərkəzi tərəfindən nəşr edilən iş dəftərlərinin satışı əvvəlki illərdən daha aşağı qiymətə "Azərpoçt"larda həyata keçirilir.


Manevr.az
baku.ws-ə istinadən bildirir ki, bununla da ölkə üzrə təhsilalanlar üçün vəsaitin münasib qiymətə əlçatanlığı təmin olunur.

Respublika üzrə yaşayış məntəqələrinə uyğun olaraq poçt məntəqələri fəaliyyət göstərir. Hazırda tədris ilinin yeni başlaması səbəbindən qeyd olunan iş dəftərlərinə tələbat çoxdur.

Məlumat üçün bildiririk ki, iş dəftəri dərslik komplektinin ayrılmaz tərkib hissəsidir.

Dərslikdə verilmiş məzmunun şagirdlər tərəfindən daha dərindən mənimsənilməsi üçün iş dəftərində tətbiqi xarakterli sual və tapşırıqlar verilir.

Qazanılmış bilik və bacarıqların təkmilləşdirilməsi, praktik vərdişlərin formalaşdırılması üçün bu vəsait xüsusi əhəmiyyət kəsb edir.

Məsələn, Azərbaycan dilində yazı bacarıqlarının formalaşdırılması, riyaziyyatda misal və məsələlərin həlli üçün iş dəftərinin rolu əvəzedilməzdir. Bu vəsait eyni zamanda gündəlik qiymətləndirməyə, təlim prosesinin monitorinqinə və şagirdin inkişaf dinamikasının izlənilməsinə imkan verir.

Qeyd edək ki, ötən gün mövzu ilə bağlı "Məktəblilərin "iş dəftəri" problemi" adlı yazıda ətraflı məlumat vermişdik.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar