Xəbər lenti
"Onlayn dərs və videokonfranslar internetin sürətinə necə təsir edir?" - Nazirlikdən açıqlama
COVID-19 pandemiyası fonunda bütün dünyada onlyan iş rejimi tətbiqi olunur. Bununla əlaqədar olaraq genişzolaqlı şəbəkənin yüklənməsində artım müşahidə olunur.
Manevr.az xəbər verir ki, bu barədə trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildiriblər.
Qeyd olunur ki, başlıca problem yüklənmənin paylaşdırılmasına uyğun olaraq qoşulma coğrafiyasının dəyişməsidir. Tədris müəssisələrinin bağlanması ilə əlaqədar ev şəraitində onlayn dərs və videokonfransların həcmi ümumi trafikin 70 faizini əhatə edir. Hamı, eyni zamanda, internetə qoşulmaq istəyəndə işdə çətinliklər yarana bilir.
Bütün bunlar nəzərə alınmaqla şəbəkənin fasiləsiz və sürətli işini təmin etmək üçün operativ tədbirlər görülür. Bundan başqa, operator şəbəkəsinin tutumluluğu da yüklənmənin qarşısının alınması üçün genişləndirilir. İnternetin sürəti ilə bağlı bütün məsələlər və müraciətlər qeydə alınır və operativ tədbirlər görülür.
Məlumata əsasən, internet qiymətləri bazara uyğun tənzimlənir və istismar xərcləri ilə tarif cədvəlindən asılıdır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar