Xəbər lenti
Azərbaycanda dərslər belə keçiriləcək: Nazirlikdən YENİLİKLƏR
Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydalarına əsasən dərs (təlim) və dərsdənkənar (praktiki) məşğələ saatları, dərs növbəsinə dair tələblər müəyyənləşdirilib.
Təhsil Nazirliyindən bildirilib ki, təhsil müəssisələrində tədris xüsusi karantin rejimi dövrü üçün uyğunlaşdırılmış tədris planları əsasında həyata keçiriləcək. Gün ərzində əyani formada keçirilən dərs (təlim) və dərsdənkənar (praktiki) məşğələlərin sayı uyğunlaşdırılmış tədris planına müvafiq olaraq minimal sayda müəyyən edilməlidir. Dərslər təhsilalanların sayından asılı olaraq, təsdiq edilmiş qrafikə uyğun olaraq, səhər saat 8-dən başlayaraq növbəli qaydada həyata keçiriləcək.
Ümumtəhsil müəssisələrində dərs (təlim) və dərsdənkənar (praktiki) məşğələ saatları məktəbəhazırlıq 8 mərhələsində 30 dəqiqə, ibtidai və ümumtəhsil səviyyələrində 45 dəqiqə olmaqla müəyyən edilir. Peşə təhsili müəssisələrində dərslərin davametmə müddəti 30 dəqiqədir. Uşaq musiqi, incəsənət, rəssamlıq məktəb və mərkəzlərində dərslərin davametmə müddəti 45 dəqiqədir. Orta ixtisas və ali təhsil müəssisələrində bir akademik saatın davametmə müddəti 45 dəqiqədir. Akademik saatlararası fasilə olmadıqda, dərsin müddəti 80 dəqiqə müəyyən edilir. Tədrisdə növbəlilik tətbiq olunmalı və növbələr arasında tədris otaqlarında, dəhlizlərdə, yeməkxanalarda və sanitariya qovşaqlarında təmizlik və dezinfeksiya işlərinin aparılması üçün 60 dəqiqəlik fasilə nəzərdə tutulacaq.
İşəgötürənin istehsalat müəssisəsində təşkil edilən istehsalat təlimi və təcrübəsi xüsusi karantin rejimi ilə bağlı tələblər nəzərə alınaraq təşkil ediləcək.
Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəblərində, cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində və xüsusi peşə təhsili müəssisələrində dərslər bir növbədə təşkil ediləcək. Xüsusi internat məktəblərində evdən gələn şagirdlərlə fiziki təmasın məhdudlaşdırılması məqsədilə (mümkün olduğu halda) eyni sinif üzrə təhsil alan, evə gedib-gələn və gecə qalan şagirdlər üçün ayrı-ayrılıqda siniflər təşkil ediləcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar