Xəbər lenti
"Şagirdləri sinifdə saxlamaq doğru addım deyil" - Ekspert YENİ QƏRARDAN danışdı
Qərarda neqativ bir hal görmürəm.
Manevr.az xəbər verir ki, bunu milli.Az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi ötən gün Təhsil Nazirliyinin pandemiya zamanı övladını məktəbə göndərmək istəməyən valideyinlər üçün açıqladığı şərtləri şərh edərkən deyib.
Ekspert şagirdlərin kiçik və böyük summativ qiymətləndirmələrə qoşulub qoşulmadıqlarını izləyəcək mexanizmin olmadığını bildirib:
"Valideynə burada xüsusi imtiyazlar tanınsa da əsas tələb o olur ki, şagirdlər dərsdən kənarda qalmasınlar. Onlar müvafiq olaraq həm proseslərdə, dərslərdə iştirak etsinlər, eyni zamanda onlara verilən tapşırıqlara vaxtı-vaxtında diqqət ayırsınlar, həmçinin də onların bilik qiymətləndirilməsi zamanı iştirak etmələri üçün şəraitlərini valideynləri təmin etməlidirlər. Mən o valideynləri qınamıram ki, onların internetə çıxışı yoxdur və ümumiyyətlə, övladını məktəbə göndərmək istəmir. Bu zaman o problemlər ortaya çıxa bilər ki, bu şəxslər nə etməlidirlər. Düşünürəm ki, bunun üçün müvafiq proqramlar hazırlanmalıdır və Təhsil Nazirliyi tərəfindən həmin valideynlərə tətbiq edilməlidir. Əgər mənim evimdə internet yoxdursa və mən övladımı ənənəvi qaydada məktəbə göndərmək istəmirəmsə və onun təhlükəsizliyini düşünürəmsə, o zaman mən dərslərdən necə yararlana bilərəm? Yalnız teledərslər vasitəsilə mən dərsləri dinləyəcəm, amma mənim dərsə hazırlıqlı olub-olmamağımı, və yaxud KSQ və BSQ-lərə (kiçik və böyük summativ qiymətləndirmələr) qoşulub qoşulmadığımı izləyəcək mexanizm, təəssüf ki, yoxdur. Bu barədə düşünülüb, valideynlərin xeyrinə qərar verilməlidir. Amma bu kimi valideynlərin də övladlarını sinifdə saxlamaq mənə görə doğru addım deyil".
Qeyd edək ki, Təhsil Nazirliyi pandemiya zamanı övladını məktəbə göndərmək istəməyən valideynlər üçün şərtləri açıqlayıb. Nazirliyin şöbə müdiri Vəfa Yaqublu virus riskindən qorxaraq övladlarını məktəbə göndərməyə ehtiyat edən valideynlərin mənafelərinin nəzərə alındığını bildirib:
"Bu, məlumatlandırma və öhdəliklər haqqında xüsusi formadır. Valideyn bu formanı imzalamaqla öz öhdəliklərini təsdiqləmiş olur. Öhdəliklərdə şagirdlərin virtual dərslərdə iştirakına, teledərslərə baxmasına, müəllim tərəfindən verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirməsinə, məktəbdə müntəzəm keçiriləcək kiçik və böyük summativ qiymətləndirmələrdə (KSQ və BSQ) iştirakına təminat verilir. Valideyn bu öhdəliklərə qol çəkməklə övladının əyani dərslərdə iştirakından imtina edə bilər. Öhdəliklərə əməl edilməsə, bu cür şagirdlər biliyi qiymətləndirilməyənlər kateqoriyasına aid ediləcək və sinifdə qalmaq təhlükəsi ilə üzləşəcəklər".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar