Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan İlahiyyat İnstitutunda İslamşünaslıq ixtisası üzrə qabiliyyət imtahanı keçirələcək

Tarix: 07-09-2020 20:20     Baxış: 3355 A- / A+
Azərbaycan İlahiyyat İnstitutunda İslamşünaslıq ixtisası üzrə qabiliyyət imtahanı keçirələcək

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) üçüncü ixtisas qrupu üzrə bakalavr pilləsinin İslamşünaslıq ixtisasına qəbul olunmaq istəyən abituriyentlərin 9-16 sentyabr 2020-ci il tarixdə qabiliyyət imtahanı keçiriləcək.

Abituriyentlərin dünyagörüşü səviyyəsinin və İslamşünaslıq ixtisasına maraqlarının müəyyənləşdirilməsi məqsədi ilə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Dini-Psixoloji Komissiya (DPK) yaradılıb. Komissiyanın tərkibinə ilahiyyat sahəsi üzrə mütəxəssislər, ekspertlər, psixoloqlar, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan İlahiyyat İnstitutu və DİM-in əməkdaşları daxil ediliblər.

Müsahibə zamanı abituriyentlərin ümumi dünyagörüşü və dini bilikləri, İslamşünaslıq ixtisasına uyğunluqları, gələcəkdə din xadimi kimi fəaliyyət göstərməyə münasibətləri, insanlarla ünsiyyət bacarıqları, xitabət və natiqlik qabiliyyətləri qiymətləndiriləcək, psixoloji vəziyyəti, yaradıcı təfəkkür imkanları yoxlanılacaq.

Müsahibədən məqbul qiymət almış abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq ixtisasını da seçə biləcəklər.

Qeyd edək ki, DİM-in saytında qabiliyyət imtahanı üçün qeydiyyat avqustun 31-dən sentyabr ayının 2-dək aparılıb. Qeydiyyatdan keçən abituriyentlər DİM-in saytında müvafiq pəncərədən istifadə etməklə müsahibəyə lazım olan sənədləri çap edə bilərlər (https://eservices.dim.gov.az/erizebak/dpk/?frm=egov).

Məlumat üçün bildirək ki, DPK ölkədə koronavirus (COVID-19) pandemiyasının daha geniş yayılmasının qarşısını almaq məqsədilə Operativ Qərargahın tətbiq etdiyi xüsusi karantin rejimi qaydalarına uyğun olaraq fəaliyyət göstərəcək.

İştirakçılar müsahibəyə tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxartmaq qadağandır və bütün proses (buraxılış rejimi, müsahibə müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır. Girişdə abituriyentin temperaturu ölçüləcək, əgər yüksək olarsa müsahibəyə buraxılmayacaq.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

İmtahana buraxılış vərəqəsi;

Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edilməli və imzalanmalı);

Şəxsiyyəti təsdiq edən sənədin əsli.

İmtahana buraxılış vərəqəsi abituriyentin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə binaya daxil olarkən təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır.

Məlumat üçün bildiririk ki, Komissiya Bakı şəhəri Əhməd Cəmil, 41/A ünvanında – Bakı Dövlət Universitetinin keçmiş İlahiyyat fakültəsinin inzibati binasında keçiriləcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar