Xəbər lenti
Məktəblərə qayıdışda nələrə diqqət yetirilməlidir? - ÜST açıqladı
Ümumdünya Səhiyyə Təşkilatı Avropa Bölgəsi ölkələri üçün koronavirus pandemiyası ərzində məktəblərə təhlükəsiz qayıdışla bağlı tövsiyələrini açıqlayıb.
Manevr.az xəbər verir ki, İtaliyanın Səhiyyə naziri Roberto Speranza və ÜST-ün Avropa regionu üzrə direktoru Hans Henri Kluqenin ev sahibliyi etdiyi, üzv dövlətlərdən yüksək vəzifəli şəxslərin qatıldığı toplantıdan sonra yazılı açıqlama yayımlanıb.
Pandemiyanın 190-dan çox ölkədə 1,6 milyard şagirdə təsir göstərdiyi və tarixdə təhsil sistemindəki ən böyük zərərə yol açdığı bildirilən açıqlamada ölkələrin tədris ilinə necə başlayacağını kəşf etmələrinin vacibliyi vurğulanıb.
Üzv ölkələrin məktəblərdə risk faktorunu azaltmağa dair tövsiyə kontekstindəki 4 maddə üzərində razılığa gəldiyi bəyan edilib. Əl gigiyenası, sosial məsafə, maskadan istifadə kimi tədbirlər və infeksiya daşıyıcısı olan uşaqların evdə qalmasının COVID-19 gerçəkliyində təhlükəsiz təhsilin təməli olduğu bildirilib.
Əlavə olaraq, xüsusi qayğıya ehtiyacı olan və risk altındakı uşaqlar, həmçinin, şiddətli infeksiyaya qarşı müdafiəsiz şəraitdəki təlimçilər üçün xüsusi siyasətin tətbiq edilməsinin vacibliyi qeyd edilib. (publika.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar