Xəbər lenti
Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq ixtisasına qəbul olunmaq istəyən abituriyentlərin nəzərinə!
2020/2021-ci tədris ili üçün Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı üçün qeydiyyatı başlayır. Aİİ-nin İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər müsahibədə iştirak üçün 31 avqust- 2 sentyabr tarixlərində qeydiyyatdan keçməlidirlər.
Abituriyentlər Dövlət İmtahan Mərkəzinin saytında (https://eservices.dim.gov.az/erizebak/dpk/?frm=egov) müvafiq pəncərədən istifadə etməklə qeydiyyatdan keçə bilərlər.
Məlumat üçün bildirək ki, Azərbaycan İlahiyyat İnstitutuna İslamşünaslıq ixtisası üzrə qəbul olunmaq istəyən abituriyentlərin III ixtisas qrupu imtahanı ilə yanaşı, Dini-Psixoloji Komissiyanın təşkil etdiyi qabiliyyət imtahanından keçmələri də nəzərdə tutulur.
Dini-Psixoloji Komissiya (DPK) Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qabiliyyət imtahanlarını keçirmək məqsədi ilə yaradılır və tərkibinə ilahiyyat sahəsi üzrə mütəxəssislər, psixoloqlar və DİM-in əməkdaşları daxil edilirlər. Qabiliyyət imtahanı zamanı abituriyentlərin ümumi bilikləri, dini təsəvvürləri, psixoloji vəziyyətləri, yaradıcı təfəkkür imkanları müsahibə əsasında müəyyənləşdirilir.
Qabiliyyət imtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul” olaraq qiymətləndirilir. Məqbul qiymət alan abituriyentlər DİM tərəfindən keçirilən İslamşünaslıq ixtisası üzrə ixtisas seçimində iştirak edə bilərlər.
Qabiliyyət imtahanından məqbul almış abituriyentlər DİM-in müəyyənləşdirdiyi vaxtda ixtisas seçərək ərizələrini təsdiq etməlidirlər. Əks halda, həmin abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.
Qeyd edək ki, qeydiyyatdan keçən abituriyentlər test imtahanının nəticələrinə əsasən, müvafiq müsabiqə şərtlərinə (müsabiqəyə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər) uyğun olduqları halda, müsahibəyə buraxılırlar.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar