Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Peşə təhsili müəssisələrinə sənəd qəbulunun müddəti uzadılıb

Tarix: 31-08-2020 15:27     Baxış: 3263 A- / A+
Peşə təhsili müəssisələrinə sənəd qəbulunun müddəti uzadılıb

Peşə təhsil pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsi çərçivəsində uğurlu nəticə göstərən şəxslər üçün sənəd qəbulunun müddəti 2 gün uzadılıb.

Manevr.az xəbər verir ki, Təhsil Nazirliyidə verilən məlumata görə, sözügedən şəxslər 2 sentyabr tarixinədək tələb olunan sənədləri qəbul olunduğu peşə təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir.

Sənəd qəbulu Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrini nəzərə almaqla, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün görülən tədbirlərə uyğun olaraq xüsusi sosial izolyasiya qaydalarına riayət etməklə təşkil edilib.

Uğurlu nəticə göstərən şəxslər arasında xüsusi karantin rejimi ilə əlaqədar olaraq təhsil müəssisəsinin yerləşdiyi şəhərə/rayona daxil olmaq icazəsi olmayanlar, qəbul olduqları müəssisə ilə əlaqə saxlayaraq sənədlərini müvəqqəti olaraq təhsil müəssisəsinə elektron formada təqdim edə və ya yerləşdikləri əraziyə yaxın yerləşən digər peşə təhsil müəssisəsinə təqdim edə bilərlər.

Müsabiqədə uğurlu nəticə göstərən şəxsin sözügedən müddətdə qəbul olunduğu peşə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi, onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Qeyd edək ki, peşə təhsil pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsində uğurlu nəticə nümayiş etdirməyən şəxslər II mərhələyə qatıla və ixtisas seçimi həyata keçirə biləcəklər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar