Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Tədris prosesini ölkə boyu ənənəvi rejimdə bərpa etmək mənasızdır

Tarix: 22-08-2020 22:21     Baxış: 4395 A- / A+
Tədris prosesini ölkə boyu ənənəvi rejimdə bərpa etmək mənasızdır


Ölkənin müxtəlif bölgələrində epidemioloji vəziyyət əhəmiyyətli dərəcədə dəyişir. Buna görə təhsil prosesini bərpa etmək məsələsinə müxtəlif bölgələrdə fərqli yanaşmaq lazımdır.


Manevr.az
media.az-a istinadən bildirir ki, bunu təhsil sahəsində ekspert Qoşqar Məhərrəmov deyib.

Onun sözlərinə görə, tədris prosesini ölkə boyu ənənəvi rejimdə bərpa etmək mənasızdır.

"Məsələn, karantinin tamamilə ləğv olunduğu bölgələrdə ənənəvi təhsil formasına qayıtmaq olar. Əlbəttə ki, vacib tədbirlərə riayət etmək şərti ilə: Məktəbin girişində şagird və müəllimlərin temperaturu ölçülməli, bir sinifdə oxuyan şagirdlərin sıxlığına nəzarət olunmalı, sosial məsafəyə riyaət edilməli, təhsil ocağının içərisindəki dezinfeksiya tədbirlərinə laqeyd yanaşılmamalıdır", - deyə ekspert bildirib.

Karantin rejiminin daha sərt tətbiq olunduğu zonalara gəldikdə, Q.Məhərrəmovun fikrincə, tədris prosesi Azərbaycan Respublikası Təhsil İnstitutunun bir gün əvvəl verdiyi tövsiyələr əsasında təşkil edilə bilər.

"Bu vəziyyətdə dərs günlərinin, saatların sayının, həmçinin siniflərin sıxlığının azaldılması üçün tədbirlər görmək vacibdir. Bəzi şagirdlərin bazar ertəsi, çərşənbə və cümə günləri, digərlərinin isə çərşənbə axşamı, cümə axşamı və şənbə günlərində məktəbə getməsi daha məqsədəuyğundur", - deyə ekspert vurğulayıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar