Xəbər lenti
BMU ilə Pakistanın universiteti arasında ilk beynəlxalq onlayn seminar

Bakı Mühəndislik Universitetinin (BMU) və Pakistanın (Karaçi) Sir Syed Mühəndislik və Texnologiya Universiteti arasında imzalanmış anlaşma memorandumuna əsasən adıçəkilən universitetlərin Riyaziyyat kafedraları birgə elmi beynəlxalq onlayn seminar təşkil edəcək.
Təhsil ocağından Manevr.az-a verilən məlumata görə, seminarın məramı iki universitet arasında əməkdaşlıq imkanlarının müzakirəsi və onların həyata keçirilməsi yollarına həsr olunacaq.
27 avqust 2020-ci il tarixində saat 14:00-da keçiriləcək “Riyaziyyatda sərhədlər” adlı seminarda BMU-nun Riyaziyyat kafedrasının müdiri, dosent Rakib Əfəndiyev “Spektral analizin düz və tərs məsələləri”, Sir Syed Mühəndislik və Texnologiya Universitetinin Riyaziyyat kafedrasının müdiri, professor Rəşid Kamal Ansari isə “Modulların təsnifatında bəzi funksiyalar və onların rolu” mövzularında çıxış edəcəklər.
Seminarda iştirak etmək istəyənlər BMU-nun Riyaziyyat kafedrasının müəlliməsi Süheyla Bəhlulzadə (subahlulzada@beu.edu.az) ilə əlaqə saxlaya bilərlər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar