Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Kamran Əsədov:"Bu il abituriyentlərə güzəştlər edilməlidir"

Tarix: 19-08-2020 05:05     Baxış: 3355 A- / A+
Kamran Əsədov:"Bu il abituriyentlərə güzəştlər edilməlidir"

"Pandemiya dövrünün çətinlikləri, psixoloji təsirləri abituriyentlərin nəticələrinə müəyyən qədər təsir göstərib. Buna görə də bu il abituriyentlərə güzəştlər edilməlidir".

Manevr.az müsavat.com-a istinadən bildirir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov bildirib.

Ekspert bu il ali məktəblərə qəbul imtahanlarının keçirilməsinin pandemiya dövrünə təsadüf etdiyini və mövcud vəziyyətin abituriyentlər üçün çox çətin olduğunu vurğulayıb:

"Mart ayından etibarən dərslərin dayandırılması, hazırlıq kurslarının və repititorların fəaliyyətinin məhdudlaşdırılması abituriyentlərin işini çətinləşdirdi. Düzdür, tele dərslər, online dərslər təşkil edildi. Amma bu imkanlar keyfiyyətli və əlçatan deyildi.

Hələ ki, 13-14 avqustda II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib.

Düzdür, test tapşırıqları 2019-cu ildə keçirilən imtahanlar ilə müqayisədə çətin deyildi, amma pandemiya dövrünün çətinlikləri, psixoloji təsirləri abituriyentlərin nəticələrinə müəyyən qədər təsir göstərib.

Məlumdur ki, Dövlət İmtahan Mərkəzi hər il ali məktəblərə qəbul üçün müəyyən bal məhdudiyyəti tətbiq edir. Onlardan biri də abituriyentlərin blok - ixtisas qrupları üzrə imtahanlardan minimum ümumi 50 və ya 100 bal toplanması tələbidir. Təklif edirəm ki, bu il abituriyentlərə güzəştlər edilməlidir".

Kamran Əsədov güzəştlərlə bağlı təkliflərini də qeyd edib:

"Güzəşt isə bal məhdudiyyətinin aradan qaldırılması, hər iki mərhələdə əldə edilmiş nəticələr toplanandan sonra ümumi balı 150 dən çox olan şəxslərin ixtisas seçiminə buraxılmasıdır. Yəni ikinci mərhələdə hətta abituriyent 10 bal toplasa belə, iki mərhələnin cəmində 150 dən çox balı varsa, o şəxslərə kömək etmək, şərait yaratmaq lazımdır ki, ixtisas seçimi edib ali təhsil ala bilsinlər.

Bu həm ali təhsil müəssisələrinin plan yerlərinin boş qalmamasına imkan verər, həm də xarici ölkələrdə təhsil almağa gedənlərin sayına təsir göstərər".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar