Xəbər lenti
Hazırladığı 25 şagirdin hamısı imtahanda 100 % nəticə göstərdi
Sumqayıt şəhərində fəaliyyət göstərən müəllim bütün respublikada bir ilkə imza atıb.
Şəhərin ingilis dili müəllimi olan Ramal İsmayılov bu çətin pandemiya şəraitinə baxmayaraq əzmlə çalışıb və hazırladığı şagirdlərin düz 25 nəfəri Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanında 100 % nəticə göstərib. Ən təəccüblüsü isə onun ixtisasca iqtisadçı olmasıdır. R.İsmayılov 16 ildir Sumqayıt şəhərində pedaqoji fəaliyyətlə məşğuldur.
İsmayılov Ramal Mahmud oğlu 1987-ci ildə Sumqayıt şəhərində anadan olub. 1994-cu ildə Sumqayıt şəhər 28 saylı orta məktəbin birinci sinfinə gedib, 2005-ci ildə həmin məktəbi bitirərək 614 balla Azərbaycan Dövlət İqtisad Universitetinin Kommersiya fakültəsinə daxil olub. 2009-cu ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirib.
İngilis dili hazırlığı ilə hələ orta məktəbdə - onuncu sinifdə oxuyarkən məşğul olub. Özü universitetə hazırlaşa-hazırlaşa həmyaşıdlarına da dərs keçib.
R.İsmayılov sonuncu parlament seçkilərində deputatlığa namizədliyini irəli sürmüşdü. 2019-cu ildən Dövlət İmtahan Mərkəzində marker kimi fəaliyyət göstərir. R.İsmayılov artıq təsis etdiyi EPİ Akademiyasında ingilis dili fənni ilə yanaşı, gənclərə beynəlxalq imtahanların sirlərini də öyrətmək üzərində iş aparır. O, həmçinin “İngilis dili” dərsliyinin müəllifidir. qafqazinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar