Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Sentyabrdan dərslər hansı formada keçiriləcək? - Təhsil Nazirliyindən açıqlama

Tarix: 11-08-2020 19:48     Baxış: 4499 A- / A+
Sentyabrdan dərslər hansı formada keçiriləcək? - Təhsil Nazirliyindən açıqlama


"Dərslərin nə vaxt başlayacağı ilə bağlı müxtəlif ssenarilər üzrə hazırda müzakirələr aparılır. Təbii ki, bizim həmkar qurumlarla məsləhətləşmələr olduqdan sonra bu tarix bəyan ediləcək. Bu məsələdə qərarın verilməsi təkcə bir qurumdan asılı deyil. Bu, ölkədə sanitar epidemioloji situasiya və şəraitin dəyərləndirilməsindən asılı olacaq".


Manevr.az xəbər verir ki, bunu baku.ws-ə açıqlamasında Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

Onun sözlərinə görə, artıq bir müddətdir ki, dəyərləndirmələr aparılır və bir neçə ssenari üzrə işlər gedir:

"Həm ənənəvi məktəb, həm onlayn dərslər, həm də hibrid forma üzərində işlər gedir. Amma bunların dəyərləndirilməsi və yekun qərarın verilməsi ilə bağlı həmkar qurumlarla müzakirələr aparılır.

Müzakirələr məntiqi sona çatdıqdan sonra dərslərin nə zaman və hansı formada keçirilməsi ilə bağlı qərar açıqlanacaq".

Qeyd edək ki, buna qədər Təhsil Nazirliyi dərslərin bu ilin sentyabr ayında başlamasının nəzərdə tutulduğunu açıqlamışdı.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar