Xəbər lenti
TN: İlin sonuna kimi daha 60 modul tipli məktəb istifadəyə veriləcək

Ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə 2016-2019-cu illərdə ölkəmizin 45 bölgəsində ümumilikdə 293 modul tipli məktəb quraşdırılıb.
Bu barədə Təhsil Nazirliyindən (TN) məlumat verilib.
Bildirilib ki, 2020-ci ilin sonuna kimi daha 60 modul tipli məktəb istifadəyə veriləcək.
"Dövlət başçısının 8 avqust 2020-ci il tarixli "Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında” sərəncamına əsasən, 13 rayonda daha 26 modul tipli məktəbin quraşdırılması nəzərdə tutulub. Sərəncama əsasən Təhsil Nazirliyinə bunun üçün 7 milyon manat vəsait ayrılıb. Modul tipli məktəblərin quraşdırılması ilə bölgələrdə, xüsusilə ucqar kəndlərdə qəzalı və istismar müddəti başa çatmış məktəb problemi tamamilə həll olunacaq”, - deyə məlumatda qeyd olunub./apa
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































