Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Abituriyentlərə ŞAD XƏBƏR

Tarix: 07-08-2020 14:37     Baxış: 5558 A- / A+
Abituriyentlərə ŞAD XƏBƏR


Dövlət İmtahan Mərkəzi 13 və 14 avqustda keçiriləcək qəbul imtahanlarının ikinci mərhələsinin qrafikini elan edib.


Mərkəzdən verilən məlumata görə, imtahanlar pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərinə uyğun olaraq təşkil ediləcək. İmtahanlarda kütləviliyin və təmas hallarının qarşısını almaq məqsədilə hər ixtisas qrupu üzrə imtahan aşağıdakı qrafikə uyğun 2 gün ərzində keçiriləcək.

Bu ilin məzunları bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun imtahan mərkəzində imtahan verirlər. Əvvəlki illərin məzunları isə şəxsi kabinetlərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu yerə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu yerə uyğun imtahan mərkəzində imtahan verirlər.

13-14 avqust 2020-ci il tarixlərində:

• cari və əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanları;
• I-IV ixtisas qrupları üzrə:

– ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;

– qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili) imtahanları keçiriləcək.

I-IV ixtisas qrupu üzrə sənəd verən abituriyentlərin blok imtahanları (həmçinin II və III ixtisas qrupu üzrə sənəd verənlərin əlavə xarici dil imtahanları ) tarixləri haqqında növbəti həftə məlumat veriləcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar