Xəbər lenti
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirildi
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının I mərhələsini keçirib.
DİM-dən verilən məlumata görə, imtahan Bakı və Naxçıvan şəhərlərində təşkil olunub.
İmtahanların təşkil edilməsi üçün ümumilikdə 7 imtahan binası, 110 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 7 ümumi imtahan rəhbəri, 19 imtahan rəhbəri, 142 nəzarətçi–müəllim, 14 buraxılış rejimi əməkdaşı cəlb olunub.
İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahana gələn iştirakçıların bədən hərarətləri normaya uyğun olub.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub.
Avqustun 6-dan etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın 2-3 gün ərzində elan edilməsi nəzərdə tutulur.
Rezidenturaya qəbul imtahanının (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada Apelyasiya komissiyası fəaliyyət göstərəcək. Apelyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək. Namizədlər Apelyasiya komissiyasına avqustun 7-dən 9-dək müraciət edə bilərlər.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar