Xəbər lenti
Dövlət İmtahan Mərkəzində beynəlxalq imtahanlar keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) müvafiq sanitar-gigiyenik qaydalara uyğun olaraq müxtəlif ixtisas sahələri üzrə beynəlxalq Pearson VUE (Virtual University Enterprises) imtahanları keçirib.
DİM-dən bildirilib ki, Pearson VUE tərəfindən informasiya texnologiyaları (İT) sahəsinə aid olan aşağıdakı beynəlxalq imtahanlar təşkil olunub:
- Cisco Systems, Inc. şirkətinin "Implementing and Operating Cisco Enterprise Network Core Technologies" sertifikat imtahanı;
- (ISC)2 təşkilatının "Information Systems Security Architecture Professional (ISSAP)" sertifikat imtahanı;
- CompTIA assosiasiyasının "CompTIA A+ Certification Exam: Core 2 (220-1002)" sertifikat imtahanı.
İmtahanlarda ümumilikdə 3 nəfər iştirak edib. Keyfiyyətin və təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahanların keçirilməsinə dair bütün prosedurlara, həmçinin müvafiq sanitar-gigiyenik qaydalara riayət olunub.
İmtahanlar haqqında ətraflı məlumatı Dövlət İmtahan Mərkəzinin saytından əldə etmək olar.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar